Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb
Şəki, 10 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan təhsil müəssisələrində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün aparılan dezinfeksiya işləri başa çatdırılıb.
İdarədən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Mədəniyyət Nazirliyinin 2020-ci il 3 mart tarixli əmrinin tələblərinə əsasən həyata keçirilib. Dezinfeksiya işləri, ümumilikdə, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında fəaliyyət göstərən 10 uşaq musiqi və incəsənət məktəbində aparılıb. Eyni zamanda, idarənin tabeliyində olan bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb, mədəniyyət müəssisələrində kütləvi tədbirlər tam məhdudlaşdırılıb.