Şəki Uşaq İncəsənət Məktəbinin şagirdi beynəlxalq festivalın laureatı adını qazanıb
Şəki, 17 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Nəzrin Mustafazadə İtaliyada keçirilən “Future Stars” adlı Beynəlxalq onlayn festivalda uğurla çıxış edərək, 1-ci dərəcəli laureat adına layiq görülüb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Məktəbin direktoru Eldar Rəcəbov və şagirdi festivala hazırlayan ixtisas müəllimi Kübra Yusifova təşkilat komitəsi tərəfindən diplomlarla mükafatlandırılıblar.