Şəkidə 65 min hektardan çox sahədə payızlıq səpin aparılıb
Şəki, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini əsasən başa çatıb. Torpaq mülkiyyətçiləri indiyədək 31 min 347 hektarı dən üçün arpa, 33 min 665 hektarı buğda olmaqla, 65 min 12 hektar sahəyə toxum səpiblər. Səpin proqnozuna əsasən əməl olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov məlumat verib.
Qurumun rəsmisi bildirib ki, kampaniya dövründə sahələrə 7 min 792 ton sertifikatlaşmış toxum səpilib. İndiyədək 2 min 908 hektar taxıl sahəsi suvarılıb və hazırda bu iş davam etdirilir.
Ümumilikdə səpin kampaniyasına 285 ədəd şum traktoru, 126 ədəd toxumsəpən aqreqat və digər becərmə texnikaları cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]