Şəkidə avtomobilin vurduğu piyada xəstəxanada vəfat edib
Şəki, 26 sentyabr, AZƏRTAC
İki gün əvvəl Şəki şəhər ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri Şəki Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, qəzada ağır kəllə-beyin xəsarətləri alan piyada reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlərin səyinə baxmayaraq qəzada yaralanan Hasil Əsgərov ötən gecə xəstəxanada ölüb.
Yol qəzası ilə əlaqədar Şəki Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [18:34]
Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb
- 10.08.2026 [16:05]
Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb
- 10.08.2026 [15:48]
Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb
- 10.08.2026 [14:59]