ŞƏKİDƏ İPƏKÇİLİYİN İNKİŞAFINA DİQQƏT ARTIR
Şəhər icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şəkidə ipəkçiliyin inkişafı üçün kompleks tədbirlər həyata keçirilir. Hazırda rayonda daha məhsuldar tut ağacı cinslərinin yetişdirilməsi üçün yeni tinglik təsərrüfatları yaradılır, köhnə bağlarda isə bərpa işləri davam etdirilir. Son illər “Şəki-İpək” ASC-də istehsal prosesinin yenidən bərpa edilməsi ilə əlaqədar müəssisənin yerli xammala olan tələbatının getdikcə çoxalması və istehsalçılara barama məhsulu üçün sərfəli qiymətlərin təklif olunması rayon kümçülərinin bu gəlirli sahəyə olan maraqlarını xeyli artırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]