ŞƏKİDƏ SƏHİYYƏ SİSTEMİNİNMADDİ BAZASI MÖHKƏMLƏNDİRİLİR
Rayon mərkəzi xəstəxanasının baş həkimi Mahir Qafarov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini daha da yüksəltmək məqsədi ilə ötən il xəstəxananın anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi müasir standartlara uyğun əsaslı təmir olunmuş, xəstələrin müalicəsinin səmərəliliyini artırmaq üçün şöbəyə “Bionet” markalı kardiomonitor, iki ədəd funksional çarpayı və yumşaq inventar dəstləri verilmiş, şöbə elektrik generatoru və kondisionerlərlə təchiz edilmişdir.
Bundan əlavə, xəstəxananın urologiya, kardiologiya və əsəb xəstəlikləri şöbələrində də əsaslı təmir işləri aparılmış, doğum evi kompleksində istilik sistemi yenidən qurulmuşdur. Vərəm əleyhinə dispanserdə isə 4 otaqdan ibarət sanitar-gigiyenik qovşaq istifadəyə verilmiş, həmçinin dispanser yeni “QAZ-3110” markalı sanitar avtomobili ilə təmin olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]