ŞƏKİDƏ “SƏRHƏD” HƏRBİ İDMAN OYUNUNUN RAYON TURU BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Şəkidə “Sərhəd” hərbi idman oyununun ilkin mərhələsinin yarışları başa çatmışdır.
Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq, əsasən, respublikamızın sərhədyanı rayonlarında keçirilən bu yarışların əsas məqsədi gəncləri Vətənə, onun sərhədlərinə məhəbbət ruhunda tərbiyə etmək, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.
Şəhər gənclər və idman idarəsindən bildirmişlər ki, şəhərdəki “N” saylı hərbi hissədə 6 komandanın iştirakı ilə keçirilən yarışlarda Şin kənd orta məktəbinin komandası daha uğurla çıxış edərək, birinci yeri tutmuş və “Sərhəd” hərbi idman oyununun zona turunda iştirak etmək hüququ qazanmışdır.
Oyunun zona mərhələsi mayın ortalarında Şəkidə keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]