ŞƏKİDƏ ÜMUMMİLLİ LİDERİMİZƏ HƏSROLUNMUŞ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndərimizin Şəki Şəhər İcra Hakimiyyəti binasının qarşısındakı meydanda ucaldılmış əzəmətli abidəsini ziyarət etmiş, heykəlin önünə əklil və gül-çiçək dəstələri düzmüşlər.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının akt zalında keçirilən elmi konfransda “Heydər Əliyev milli dövlətçiliyimizin banisidir” mövzusunda geniş məruzə dinlənilmişdir.
Məruzə və çıxışlarda ümummilli liderimiz Heydər Əliyevin nəsillərə nümunə olan zəngin həyat yolu və çoxsahəli fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuş, ulu öndərimizin Azərbaycan təhsilinin, səhiyyənin, mədəniyyətin, hüquq sistemi və ordu quruculuğunun inkişaf etdirilməsi istiqamətindəki əvəzsiz tarixi xidmətlərindən geniş bəhs olunmuş, dahi şəxsiyyətin dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə, respublikamızın iqtisadi tərəqqisinə və Azərbaycanın beynəlxalq imicinin yüksəlməsinə gətirib çıxarmış siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanmışdır.