ŞƏKİDƏ YENİ POÇT BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
Poçtamtın rəisi Anar İsmayılov bildirmişdir ki, müəssisənin kollektivi tarif gəliri üzrə 9 aylıq proqnoz tapşırıqlarına 109,4 faiz əməl etmişdir. Hesabat dövründə proqnozda nəzərdə tutulduğundan 32,6 milyon manat çox gəlir əldə edilmişdir. Büdcə və büdcədənkənar fondlara ödənişlər vaxtında yerinə yetirilmiş, əhaliyə göstərilən poçt-rabitə xidmətlərinin keyfiyyəti xeyli yüksəlmişdir.