Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkili rəssam Tahir Həmidli: Bu sənət mənə daşlarla ünsiyyət qurmağı öyrədib VİDEO

Şəki, 29 mart, Mustafa Dadaşov, AZƏRTAC

Şəkili rəssam Tahir Həmidlinin adi qaya daşları üzərində yaratdığı rəsm əsərləri görənlərin böyük marağına səbəb olur. Bildiyimizə görə, sənətkar təkcə Şəkidə deyil, eləcə də Azərbaycanda, bəlkə də dünyada bu üslubda işləyən yeganə rəssamdır. Şəkinin məşhur tarixi abidələri, orta əsrlərə aid küçələri, qədim evləri onun daş üzərində çəkdiyi təsvirlərin əsas mövzusunu təşkil edir.

AZƏRTAC-ın bölgə müxbiri Tahir Həmidlinin emalatxanasında olub, daş üzərində təsvir sənətinin incəlikləri ilə maraqlanıb.

Rəssamın bildirdiyinə görə, bu emalatxana ona babası Saleh kişidən qalıb. Yüz il ömür sürən Saleh usta Şəkidə ən məşhur dulusçulardan olub. Onun düzəltdiyi keramika qabları bütün Qafqazda məşhur idi.

Tahir Həmidli 1953-cü ildə Şəki şəhərində anadan olub. 1968-1972-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına rəssamlıq texnikumunda rəngkarlıq ixtisası üzrə təhsil alıb. 1972-ci ildə Özbəkistanın paytaxtı Daşkənddəki Rəssamlıq İnstitutunun qrafika şöbəsinə daxil olub. Burada ali təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Xidməti başa vurduqdan sonra doğulduğu şəhərə qayıdıb, mədəniyyət şöbəsində əmək fəaliyyətinə başlayıb. 1982-1995-ci illərdə Şəki Dövlət Rəsm Qalereyasında direktor vəzifəsində çalışıb, daha sonra müəllimliklə məşğul olub. O, 35 ilə yaxındır ki, Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinə rəhbərlik edir.

Yaradıcılığının ilk illərində əsasən qrafika janrında işləyən rəssam Tahir Həmidli daş üzərində təsvirlər çəkməyə 2005-ci ildən başlayıb. Rəssamın sözlərinə görə, yaradıcılığı ilə bağlı xarici ölkələrdə olarkən oradakı sənətkarların timsah dərisi, saman, ağac və digər materiallardan satış məqsədi ilə hazırladıqları milli suvenirləri, hədiyyələri görəndə çox təəssüflənirmiş ki, bizim sənətkarlar bu sahəyə niyə az maraq göstərirlər. Tahir Həmidli deyir: “Bir rəssam kimi hər zaman bu sahədə nə edə biləcəyimi düşünürdüm. Həmin vaxtlar Şəki xanlarının sarayının bərpası ilə məşğul idik. Bir gün işdən evə qayıdanda qarşıma tünd rəngli maraqlı bir yastı daş çıxdı. Fikirləşdim ki, daşın üzərinə rəngkarlıq və ya qrafika üslubunda bir təsvir çəkmək olar. Əlin içi ölçüsündə olan bu daşı emalatxanama gətirdim və onun üzərində ağ rənglə Şəkinin orta əsrlərə aid qədim bir küçəsindən fraqment işlədim, çox maraqlı alındı. Üzərində təsvir olan bu daşı emalatxanamda digər əsərlərimin yanına qoydum. Emalatxanama tez-tez yerli və xarici turistlər gəlirdi, əl işlərimlə maraqlanırdılar. Bir dəfə amerikalı xanım daşdan düzəltdiyim həmin işi görüb çox bəyəndi və mənə o əsəri satmağı təklif etdi. Düzü, satmaq istəmirdim, çünki bu üslubda ilk əl işim idi. Lakin amerikalı qonaq təkid etdi və həmin əsəri məndən 50 ABŞ dollarına aldı. O vaxt ağlıma belə gəlməzdi ki, nə vaxtsa daşlardan milli suvenir-hədiyyələr hazırlayacağam və bu, mənim kiçik biznesim olacaq”.

Bu hadisədən ruhlanan Tahir Həmidli 2005-ci ildə 30-dək daşın üzərində Şəkinin qədim tarixi abidələri, məhəllələri əks olunan maraqlı bir ekspozisiya yaradıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2006-cı ildə Şəkiyə səfərləri çərçivəsində yeni bərpa olunmuş Şəki xanlarının sarayı ilə tanışlıq zamanı abidənin həyətində Tahir Həmidlinin 30 daşdan ibarət sərgi-kompozisiyasına baxıblar. Sərgi onların xoşuna gəlib və ali qonaqlar rəssama bu sahədə fəaliyyətini davam etdirməyi tövsiyə ediblər.

Rəssamın bildirdiyinə görə, sənətinə verilən bu yüksək qiymət onu daha da ruhlandırır və bu işə daha böyük həvəslə girişir. İlk vaxtlar uzunluğu 15-20 santimetr olan daşlar üzərində işləyirdisə, sonralar ölçüləri daha böyük - 100-150 santimetr olan qaya daşları üzərində təsvirlər yaradır. İşinə daha məsuliyyətlə yanaşır, daşların seçiminə, rənginə, fonuna xüsusi diqqət yetirir, hazırladığı əl işlərinin alıcıları cəlb etməsi üçün onları çərçivəyə salır.

Bu gün Tahir Həmidlinin əl işlərinə dünyanın bütün qitələrində, Avropanın bütün ölkələrində, uzaq Yaponiyada, Çində, ABŞ-da, bir sözlə, hər yerdə rast gəlmək mümkündür. Şəkidə səfərdə olan ali qonaqlara, müxtəlif ölkələrin hazırkı və keçmiş prezidentlərinə, səfirlərə, tanınmış insanlara bu şəhərlə bağlı xatirə hədiyyəsi olaraq şəkili rəssamın daş üzərində çəkdiyi əsərlər təqdim olunur. Şəkiyə gələn adi turistlər də üzərində təsvir olan daşları böyük həvəslə alırlar.

Tahir Həmidli bu illər ərzində yaradıcılığına heç zaman fasilə verməyib. Əksinə, fəaliyyətini daha da genişləndirmək arzusunda olub. Rəssam hələ keçmiş sovet respublikaları dönəmində, 1984-1990-cı illərdə İordaniya, Efiopiya və Madaqaskarda, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə Cənubi Koreya, Bolqarıstan, Türkiyə və digər ölkələrdə keçirilən müxtəlif sərgilərdə iştirak edib, özünün və Şəki rəssamlarının əsərlərini nümayiş etdirib.

Həmsöhbətimizin dediyinə görə, artıq 5-ci ildir ki, onu Bolqarıstanda keçirilən “Açıq səma altında etnoqrafik muzey” adlı ənənəvi xalq sənəti sərgisinə dəvət edirlər. Şəki ilə qardaşlaşmış şəhərlərdən olan Qabrovo yaxınlığında təşkil olunan satış-sərgidə 40-dək ölkədən rəssam və sənətkarlar öz əsərlərini, əl işlərini nümayiş etdirirlər. Sərgidə Tahir Həmidlinin daş üzərində çəkdiyi təsvirlərə həmişə çox böyük maraq olur. Sərgi üç gün davam etsə də, şəkili rəssamın əsərləri demək olar ki, bir günün içərisində satılıb qurtarır.

Müsahibimiz bildirib ki, daş üzərində təsvirlərdə Şəkinin tarixi abidələri, qədim küçə və evləri ilə yanaşı, qonşu Qax rayonunun İlisu kəndindəki “Ulu körpü”, “Sumuq qala” və digər tarixi abidələri də əks etdirib. Son vaxtlar turistlər paytaxt Bakının Qız qalası, İçərişəhər, Şirvanşahlar sarayı və digər tarixi məkanların əks olunduğu işlərə də böyük maraq göstərirlər.

Rəssam əsərləri üçün daşları çay sahillərindən, qayalıqlardan tökülən daş parçalarından seçir. Bu işdə ona Rəssamlar İttifaqının üzvü olan oğlu Əhməd kömək edir. Seçilən daşlar emalatxanaya gətirilir, yuyulur, təmizlənir, iş üçün hazırlanır. Daş nə qədər nazik olsa, iş yaxşı alınır. Bu daşların bəziləri 1-2 millimetr qalınlığında olur. Rəssam deyir: “Bu sənət mənə Tanrının bizə bəxş etdiyi daşlardan istifadə etməyi öyrədib. Yəni, heç kimin bəlkə də bu vaxta qədər fikir vermədiyi, “adi daşdır da, yalnız ev tikmək, hasar hörmək, yola döşəmək olar”, - deyə fikirləşdiyi bu daşları canlandırmağı, onlarla ünsiyyət qurmağı öyrədib. Bu daşlar milyon illər ərzində təbiətin qoynunda formalaşıb, onlara müxtəlif rənglər hopub. Bu üslubda işləyən rəssam daşa baxan kimi bilməlidir ki, üzərində nə çəkmək olar. Sən demə, Tanrı insana elə bir zəka verib ki, insan onu işlətsə çox şeyə nail ola bilər. Tanrıma minnətdaram ki, belə ideyalardan biri də mənə qismət olub”.

Bu sənət artıq Tahir Həmidlinin ailə biznesinə çevrilib. Hazır işlərin qiyməti daşın ölçülərinə görə, 20 manatdan 300-400 manatadəkdir. Turistlər daha çox kiçik ölçülü, çəkisi yüngül olan işlərə maraq göstərirlər.

Rəssamın sözlərinə görə, daş üzərində oyma sənəti ilə məşğul olanlar çoxdur. Ancaq daş üzərində təsvir çəkənlər təəssüf ki, yox dərəcəsindədir. “Sevindirici haldır ki, son illər Şəkidə oğlum Əhmədlə yanaşı, bir neçə gənc rəssam da bu üslubda milli suvenirlərin hazırlanmasına maraq göstərməyə başlayıb. Bu, çox yaxşı haldır”, - deyə Tahir Həmidli bildirib.

Şəkili rəssam Tahir Həmidli: Bu sənət mənə daşlarla ünsiyyət qurmağı öyrədib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Tailandda məktəbdə baş verən atışma nəticəsində iki nəfər həlak olub

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

ABŞ Prezidenti: Tezliklə müharibə bitəcək

Media: İran ordusu Hörmüzdə əməliyyat keçirib

İmişlidə traktorun altında qalan uşaq ölüb

Dəməşqdə mikroavtobus partladılıb, 2 nəfər həlak olub

Tramp müdafiə nazirindən razılıq edib

Konfrans Liqası: "Qarabağ" "Dinamo"ya uduzub

Almaniya Baş Prokurorluğu hava limanındakı insidentlə bağlı istintaq aparır

Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Türkiyə Milli Təhlükəsizlik Şurası İrana dair güc tətbiqindən imtina etməyə çağırıb

Ərəb Dövlətləri Liqasının Bakıda ofisinin açılması perspektivləri müzakirə edilib

Konfrans Liqası: “Dinamo”-“Qarabağ” oyununda ikinci hissə başlayıb - YENİLƏNİB 2

Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunmasına həsr olunan beynəlxalq tədbirdə təmsil olunur

İngiltərə Futbol Assosiasiyası Canni İnfantinoya dəstəyini rəsmi şəkildə geri götürüb

İngiltərənin şimalında elektrik nasazlığı dəmir yolu nəqliyyatını iflic edib

Ceyhun Bayramov Ukrayna Prezidentini Cənubi Qafqazda münaqişədənsonrakı reallıqlar barədə məlumatlandırıb

Pirşağıda faciə: 16 yaşlı yeniyetmə dənizdə batıb

Maliyyə Nazirliyinin əməkdaşlarına dövlət təltifləri təqdim edilib

Misirdə illik inflyasiya iyul ayında 15,6 faizə yüksəlib

Bu saata olan əsas xəbərlər

Konfrans Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri açıqlanıb

Azərbaycan boks millisi Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır

Cevdet Yılmaz: Məqsədimiz Türkiyəni müdafiə sənayesi məhsullarının ixracına görə ilk onluğa çıxarmaqdır

Paytaxtda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Hacıqabulda baş verən yol qəzasında sərnişin ölüb, sürücü yaralanıb VİDEO

Peşə təhsili sayəsində iki moda evinə rəhbərlik edən modelyer-dərzi: Maliyyə işlərimi özüm həyata keçirirəm

“Google”un məlumat emalı mərkəzi Hindistanda etirazlara və məhkəmə iddialarına səbəb olub

DSMF-nin sədri Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Mustafa Çəmənli: Natəvan Azərbaycan ədəbi mühitinin inkişafına mühüm töhfələr verib

“Real Madrid” 125 milyon avroluq transferini açıqlayıb

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Böyük Qayıdış: Doğma torpaqda zəhmət çəkməyin ayrı bir dəyəri var VİDEO

Birləşmiş Ştatların sutkalıq neft hasilatı 13,8 milyon bareli ötüb

Asim Xudiyev Avropa Liqasının oyununa təyinat alıb

Mingəçevirdə suvarma kanalında batan şəxsin meyiti sudan çıxarılıb

MÜTDA: Həvəsləndirmə tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

Himayədar ailə mexanizminin tətbiq səviyyəsinin artırılması ilə bağlı araşdırmaya start verilir

Yay allergiyaları: Risklər və onlardan qorunmaq yolları

Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir

Çin ABŞ-nin sanksiyalarına cavab olaraq dron ixracına məhdudiyyətlər tətbiq edib

ABŞ-nin neft ehtiyatları artıb

Klub rəhbərləri və maliyyə menecerləri ilə görüş olub

Quraqlıq Avropada atom elektrik stansiyalarının fəaliyyətini çətinləşdirir

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var VİDEO

Tədqiqat: Depressiya yaddaşa cavabdeh olan beyin nahiyəsinin kiçilməsinə səbəb olur

Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb

Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq şahmat yarışları müzakirə olunub

Slovakiyanın Baş nazirinə hücum edən şəxs 21 il müddətinə azadlıqdan məhrum olunub

Siyasi şərhçi: Münaqişələr gec-tez başa çatsa da, bu, Orta Dəhlizin strateji əhəmiyyətini azaltmayacaq

2026/2027-ci tədris ilində Azərbaycan Rəssamlıq Akademiyasında seçmə fənlər bloku yenilənəcək

Deputat: Uşaqların rəqəmsal təhlükəsizliyinin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Çinin robot istehsalçısı 904 milyon dollar vəsait cəlb edəcək

Uşaqlar üçün kibergigiyena təhsili ümumtəhsil proqramlarına daxil edilməlidir – Ekspert rəyi

Bitkilərin quraqlıqdan müdafiə sistemləri müasir laboratoriya üsulları ilə öyrənilir

Mərkəzi Bank Nyu-York Federal Ehtiyat Bankı ilə aktual çağırışları müzakirə edib

Azərbaycan Qırğızıstan və digər region dövlətləri üçün yeni imkanlar yaradır – ŞƏRH

Nazgul Joldoşova: Azərbaycan Qırğızıstan üçün yeni nəqliyyat-logistika imkanları yaradır

Google süni intellekt bölməsində rəhbərliyi dəyişir

Azərbaycan Rəssamlıq Akademiyası süni intellekti yaradıcı prosesə dəstək vasitəsi kimi tətbiq edir

Baş katib: Güləş üzrə dünya çempionatı təşkilatçılıq baxımından Azərbaycanın növbəti uğur hekayəsi oldu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Zəngilanda vətəndaşların müraciətlərini dinləyib

Türk ekspert: İssık-Kulda “Baku Resort & Spa”nın açılması Türk dünyasının ortaq turizm məkanının formalaşmasına xidmət edəcək

Azərbaycan Qlobal Cənub ölkələrinin marağını cəlb edir - ŞƏRH

Moses Vetangula: Keniya ilə Azərbaycanın qanunverici orqanları arasında əməkdaşlığın inkişafı üçün əlverişli zəmin formalaşıb

“Trabzonspor” Məhəmməd Salahla 2 illik müqavilə imzalayıb

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

AQTA: Müasir heyvan kəsimi məntəqələrinin inkişafı qida təhlükəsizliyini gücləndirir VİDEO

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlimə qeydiyyat başlayıb

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsində 996 namizəd iştirak edəcək

Türkiyədə meşə yanğınları zamanı 58 evə ziyan dəyib

Tramp: Vensin 2028-ci ildə Prezident seçilməsinə nail olmalıyıq

İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 51 mindən çox müraciət daxil olub

"Kürü keçək?! 5" yarışına rekord sayda üzgüçü qatılacaq

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkında istehsal prosesi ilə tanış olublar

Hakan Fidan: Suriya problemlərin həllinə töhfə verən aktora çevrilir

BMU məzunu “Chevening” təqaüd proqramının qalibi olub

Cavid Vəliyev: Azərbaycan ilə Türkiyə arasında media və ekspert müstəvisində mütəmadi məlumatlandırma aparılmalıdır

Laçın - Azərbaycanın yenidən doğulan qürur abidəsi ŞƏRH

İlin altı ayı ərzində Türkiyədən Azərbaycana təqribən 310 min dollarlıq günəş eynəkləri ixrac olunub

Serbiyalı futbolçu “Turan Tovuz”a keçib

Macarıstan süni intellekt hazırlığı üzrə qlobal liderlər arasında yer alır

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Bərdədə açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Azərbaycan arxeologiyası rəqəmsal transformasiya mərhələsinə qədəm qoyur

“Dinamo”nun sabiq futbolçusu: “Qarabağ”ın səviyyəsi kifayət qədər yüksəkdir  - EKSKLÜZİV

Prezident İlham Əliyevin Qırğızıstana səfəri Türk dünyasında strateji əməkdaşlığın yeni mərhələsini gücləndirir -Ekspert rəyi

Astronomlar Günəşin yaxın məsafədən ən mükəmməl şəklini əldə ediblər

Münxendə aksiya iştirakçılarını avtomobillə vuran şəxs ömürlük azadlıqdan məhrum edilib

® “Birbank Star” kartını indi sifariş edin, nağdlaşdırmanı komissiyasız edin