Şəkili vokalçı Seymur Qasımzadənin onlayn konserti yayımlanıb
Şəki, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar sosial şəbəkələrdə “Evdə qal, musiqidən qalma” aksiyasına qoşularaq, onlayn şəkildə solo konsert verən sənətçilərin sayı günbəgün artmaqdadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkinin tanınmış vokal ifaçısı Seymur Qasımzadə “#Evdəqal” aksiyası çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən başlanılan “#Evdəmədəniyyətimiziyaşadaq” və “#Mədəniyyətbirlikdir” layihələrinə qoşularaq, solo konsertini canlı olaraq “Facebook” sosial şəbəkəsi üzərindən yayımlamaqla pərəstişkarlarını sevindirib.
Konsertdə Azərbaycan və xarici ölkələrin populyar estrada musiqiləri səsləndirilib.