Şəmkirdə 375 məcburi köçkün ailəsi üçün çoxmənzilli 16 yaşayış binası tikiləcək
Şəmkir, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC
Şəmkir şəhərində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, təklif komitə tərəfindən müsbət qarşılanıb və Şəmkir şəhərində 375 məcburi köçkün ailəsi üçün çoxmənzilli 16 yaşayış binasının, 300 şagird yerlik məktəb və 100 yerlik uşaq bağçasının tikintisi layihəsi hazırlanıb.
Məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərciyin salınması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2018-ci il tarixli, müvafiq sərəncamı ilə şəhər ərazisində 7 hektar torpaq sahəsi ayrılıb. Şəhərciyin salınması işlərinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]
Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]