ŞƏMKİRDƏ KEÇİRİLƏN AĞACƏKMƏ AKSİYASINDA 4 ÖLKƏNİN SƏFİRİ DƏ İŞTİRAK ETMİŞDİR
Şəmkir, 21 aprel (AZƏRTAC). Şəmkirdə keçirilən növbəti ağacəkmə aksiyasında Türkiyə, Koreya Respublikası, Norveç və Yaponiyanın Azərbaycandakı səfirləri Hulusi Kılıç, Li Ci-Han, Yon Ramberq və Masamitsu Oki də iştirak etmişlər.
“Yaşıllaşsın İpək yolu!” devizi altında keçirilən aksiyanın iştirakçıları həmin gün İpək yolunun rayonun Sabirkənd ərazisindən keçən hissəsində 10 minə yaxın ağac əkmişlər.
Tədbirə həvəslə qoşulan diplomatlar bu addımı dəstəklədiklərini və belə aksiyalarda tez-tez iştirak etmək arzusunda olduqlarını bildirmişlər. Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc demişdir ki, Azərbaycan Prezidentinin 2010-cu ili “Ekologiya ili” elan etməsini yüksək dəyərləndirir və bütün dunya ölkələrinin bu çağırışa qoşulmasını arzulayır. Çunki ekologiyanın təmizliyi bütün canlılar üçün vacibdir.
Rayonda keçirilən ağacəkmə kampaniyasında Milli Məclisin deputatları Mübariz Qurbanlı və Məlahət İbrahimqızı da iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]