ŞƏMKİRDƏN GÜRCÜSTANA YENƏ DƏ YARDIM GƏLİB
Həmişə olduğu kimi, yenə də Şəmkir rayonundan gürcüstanlı soydaşlara yardım gəlmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı, Aslan Aslanovun göstərişi ilə Dmanisi rayonunun Dunus kəndində köhnə dəyirmanın bərpası və Qardabani rayonundakı Vaxtanqisi orta məktəbinin təmirinə maddi yardım edilmişdir.