ŞƏMKİRLİ GƏNCLƏR ORDU SIRALARINA HƏVƏSLƏ GEDİRLƏR
AZƏRTAC xəbər verir ki, Şəmkirdə gənclərin ordu sıralarına yolasalma mərasimi keçirilmişdir. Mərasimdə valideynlər, müharibə və əmək veteranları, ziyalılar çıxış edərək müstəqil Azərbaycan Respublikasına xidmət etməyin şərəfli və müqəddəs iş olduğunu söyləmiş və bu yolda gənclərə uğurlar arzulamışlar. Sonra söz çağırışçı gənclərə verilmişdir. Onlar vətənə sədaqətlə xidmət edəcəklərinə, hərbi sirlərə mükəmməl yiyələnəcəklərinə and içmişlər.
Şəmkir rayon hərbi komissarı, polkovnik Həsrət İsmayılov demişdir ki, rayon gəncləri hərbi xidmətə böyük həvəslə gedirlər. Ölkəmizin başçısının çağırışla bağlı Fərmanı elan olunan kimi, gənclər hərbi komissarlığa gəlir və böyük həvəslə qeydiyyatdan keçirlər. Məhz bunun nəticəsidir ki, yanvar ayının çağırışı üçün nəzərdə tutulmuş tapşırıq yerinə yetirilmiş, 200 nəfərdən artıq gənc hərbi hissələrə yola salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]