Sənan Qurbanov: futbolçular verilən tapşırıqları yerinə yetirə bilmədilər
Bakı, 28 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
“Sumqayıt”la oyuna ciddi hazırlaşmışdıq. Qələbə qazanmağı çox istəyirdik və bu da futbolçularda əlavə gərginlik yaratdı. Çalışacağıq ki, qarşıdakı matçlarda öz oyunumuzu göstərək. İlk hissədə standart vəziyyətlərdən qollar buraxdıq. Qapımız qarşısında təhlükəli epizodlar oldu. Səhvlərimiz üzərində işləyəcəyik, çalışacağıq onlar təkrarlanmasın.
AZƏRTAC xəbər verir ki, "Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov bu fikirləri Topaz Premyer Liqasının IX turunda “Sumqayıt”la oyunundan (2:2) sonra keçirilmiş mətbuat konfransında söyləyib.
Müdafiədə boşluqlar olduğunu qeyd edən baş məşqçi daha sonra deyib: “Futbolçular verilən tapşırıqları yerinə yetirə bilmədilər. Bunu da gərginliklə izah edərdim. Həm Rasim Ramaldanov, həm də Bəhlul Mustafazadə inandığımız futbolçulardır. Əlbəttə, futbol səhvsiz olmur. Qarşılaşmanı təhlil edib, problemləri aradan qaldırmağa çalışacağıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]