SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİ FƏALİYYƏTİNİ YENİDƏN QURUR
Sənaye və Energetika Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda nazirliyin fəaliyyəti ciddi təhlil olunur, yaxın günlərdə qurumun əsasnaməsi təsdiq ediləcəkdir. Bundan sonra nazirlikdə kollegial rəhbərlik prinsipləri əsas tutulacaqdır. Nazirliyin tabeçiliyində olan təşkilatların işi, qarşılıqlı münasibətləri daha operativ əlaqələndiriləcək, güclü potensialı olan sənaye sahələrində müasir tələblərə cavab verən keyfiyyətli məhsul istehsalının bərpası üçün təcili və təsirli tədbirlər görüləcəkdir. Nazirlikdə struktur islahatlarının aparılması, xarici sərmayələrin imkanlarından daha səmərəli istifadə olunması da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]