Seneqalda parlament seçkilərində ölkənin hakim partiyası qələbə qazanıb
Bakı, 18 noyabr, AZƏRTAC
Seneqalın hakim partiyası bazar günü keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazandığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Seneqalın xəbər agentliyi (APS) məlumat yayıb. Bildirilib ki, Qərbi Afrika ölkəsində səsvermə dinc şəraitdə keçib. PASTEF ölkənin Baş naziri Usman Sonkonun rəhbərlik etdiyi sol mərkəzçi “Əmək, etika və qardaşlıq uğrunda Seneqal vətənpərvərləri” partiyası bülletenlərin 90-95 faizinin artıq hesablandığını açıqlayıb.
Seneqalda ümumi qeydiyyatdan keçmiş seçicilərin sayı 7,3 milyon olub, parlamentdə yer uğrunda isə 41 partiya və koalisiya mübarizə aparıb.
PASTEF-in rəqibi keçmiş prezident (2012-2024) Maki Salın rəhbərlik etdiyi mərkəzçi müxalif “Takku Wallu Senegal” (“Seneqalı xilas etmək üçün birləşərək”) koalisiyası olub.
Qeyd edək ki, seçkilər bir turda, lakin iki qayda üzrə keçirilib. 112 deputat regional dairələr üzrə, qalan 53 deputat isə ümummilli dairə üzrə seçilib. Qaydalara görə, parlament çoxluğunu qazanmaq üçün partiya və ya koalisiya azı 83 deputat mandatı qazanmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]