Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sənətin kamillik zirvəsində

Bakı, 16 iyun (AZƏRTAC). Dünya opera sənəti tarixində bu janrın tələblərinə uyğun ifa tərzi, yaratdığı bu və ya digər obrazı ilə tamaşaçıların yaddaşında qalan istedadlı müğənnilər çoxdur. Lakin təqdim etdiyi bütün obrazları öz varlığından keçirərək ruhu ilə onları canlandıran, sağlığında ikən əfsanələşən sənətkarlar azdır.

Fidan Qasımova məhz belə sənətkarlardandır. Onun gözəl tembri, intonasiya təmizliyi, güclü və zəngin çalarlı səsi uzun illərdir pərəstişkarlarının diqqətini cəlb edir. Təqdim etdiyi müxtəlif dövrlərə mənsub qəhrəmanlarının poetik lirizmi müasir tamaşaçılara ən gözəl emosiyalar bağışlayır, onları mənən zənginləşdirir. İfa zamanı dinləyici ilə məharətlə ünsiyyət quran Fidan Qasımovanın hər çıxışı tamaşaçı auditoriyası üçün böyük bayramdır. Yaşlı və gənc nəsildən olan dinləyicilərin sürəkli alqışları isə onu yeni yaradıcılıq uğurlarına istiqamətləndirir. Öz sənətini böyük məhəbbətlə sevən müğənni üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Bəli, zəngin tarixi olan Azərbaycan vokal sənəti məhz F.Qasımova kimi müğənnilərimizin simasında bu gün ən yüksək zirvəsinə çatmışdır. Eyni zamanda, müğənni dünya musiqisinə də ölçüyə gəlməyəcək töhfələr vermişdir. Təsadüfi deyildir ki, o, qatıldığı bütün beynəlxalq müsabiqələrdə böyük uğurlar qazanmışdır.

F.Qasımovanın parlaq ifaçılığının geniş diapazonu klassik musiqidən başlayaraq müasir dünya bəstəkarlarının əsərlərinə qədərki dövrü əhatə edir. XIV-XVIII əsr bəstəkarlarının ən incə əsərlərini oxumaqla ilahi gözəlliyi tərənnüm etməkdə isə müğənninin rəqibi yoxdur.

F.Qasımovanın yaratdığı unudulmaz obrazlar qalereyası - Dezdemona (“Otello”, C.Verdi), Toska, Turandot, Mimi, Çio-Çio-san (“Toska”, “Turandot”, “Bohema”, “Çio-Çio-san”, C.Puççini), Mikaela (“Karmen”, C.Bize), Tatyana (“Yevgeni Onegin”, P.Çaykovski), Nigar (“Koroğlu”, Ü.Hacıbəyli), Marqarita (“Faust”, Ş.Quno), Sevil (“Sevil” F.Əmirov) və digərlərindən ibarətdir. Onun zəngin repertuarına Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, A.Zeynallı, Q.Qarayev, A.Məlikov, Niyazi, rus bəstəkarlarından M.Qlinka, P.Çaykovski, S.Raxmaninov, Qərbi Avropa bəstəkarlarından A.Stradella, İ.S.Bax, G.F.Hendel və başqalarının kamera-vokal əsərləri, eləcə də xalq mahnılarımız “Laçın”, “Qubanın ağ alması”, “Girdim yarın bağçasına”, “Evləri var xana-xana” və s. daxildir.

Geniş konsert proqramları ilə dəfələrlə ABŞ, Almaniya, Böyük Britaniya, İsveç, Avstriya, Meksika, Rusiya, Fransa, İtaliya, Danimarka, Kuba, Türkiyə və dünyanın digər ölkələrində qastrolda olan sənətçi musiqisevərləri heyran qoymuşdur. Keçən əsrin 70-ci illərində böyük sənətkar Müslüm Maqomayev italyan tanışlarına fərəh hissi ilə Fidan Qasımova ilə bir məktəbdə oxuduğunu söyləmişdi.

Klassik və müasir vokal sənətində uğurlu ifaya bir çox amillər: sənətçinin zövqü, intonasiya seçimi, ifa mədəniyyəti, nüanslardan istifadə bacarığı, ifa edilən əsərin üslubunu duymaq əhəmiyyətli dərəcədə təsir edir. Bütün bu vasitələrdən düzgün istifadə, ən çətin ariyaları boğaza güc vermədən asanlıqla səsləndirmək, ifa üçün seçilmiş əsərdə qarşılaşdığı yeni üslubu dərhal mənimsəyərək tamaşaçıya uğurla çatdırmaq isə Fidan xanımın yaradıcılığının özünəməxsus keyfiyyətləridir.

Bəli, Fidan Qasımova bu gün musiqi dünyasının Olimp zirvəsinə yüksəlmiş bir sənətkardır. Belə bir zirvə isə məhz böyük zəhmətlə daim öz üzərində çalışanlara nəsib olur. Diqqətlə, səbrlə, incəliklə işləmək onun yaradıcılıq yoludur. Ulu Tanrının vergisi olan məlahətli səsindən bacarıqla istifadə edən müğənni öz sənət yolunu düzgün müəyyənləşdirmişdir. Təsadüfi deyidir ki, XX əsrin məşhur dirijoru Y.Mravinski F.Qasımovanın səsinin vokal və texniki imkanlarının ona məhz opera, kamera müğənnisi olmaq imkanı verdiyini xüsusilə qeyd etmişdir. Görkəmli bəstəkar Qara Qarayev sənət yoluna təzəcə qədəm qoymuş Fidanın səsini fleytanın incə səsinə bənzətmiş, maestro Niyazi isə onu parıltılı tünd mirvari daşla müqayisə etmişdir. Hələ 20 yaşında gənc qızın maestro tərəfindən ona təklif edilmiş Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) yaradılmasının 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə A.Zeynallının “Ölkəm” mahnısını uğurla ifa etməsi vokal sənətinin körpə fidanının ilk səhnə triumflarından olmuşdur.

Məşhur operalardan ən çətin ariyalar F.Qasımovaya uğurlar gətirmişdir. 1973-cü ildə İsveçrənin paytaxtı Cenevrədə keçirilmiş vokalistlərin beynəlxalq müsabiqəsinin finalında C.Puççininin “Bohema” operasından oxuduğu Miminin ariyası Avropa musiqisevərlərini sehrləmiş, münsiflər heyəti onu gümüş medala layiq görmüşdü. Təsadüfi deyildir ki, bir il sonra “Berlinqske Tidende” qəzetində gənc qızın ifası o dövrün əfsanəvi opera müğənnisi Mirella Freni ilə müqayisə edilmişdi. F.Qasımova lətif ifası, hər musiqi frazasını dəqiq çatdırması, mahir sənətkarlığı sayəsində bir-birindən nüfuzlu müsabiqələrə qatılmışdır. 1975-ci ildə Niderlandda keçirilən beynəlxalq müsabiqənin iştirakçısı olmuş, 1977-ci ildə İtaliyada musiqiçilərin C.Viotti adına müsabiqəsinin birinci mükafatına layiq görülmüşdür. Sənətçi beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş ilk azərbaycanlı qadın müğənnidir.

Musiqi tənqidçiləri F.Qasımova haqqında “Maria Kallas və Renata Tibaldi kimi oxuyur” yazaraq müğənninin ifasından heyrətləndiklərini gizlətməmiş, onun səs çalarını, səhnə mədəniyyətini, zahiri gözəlliyini, fitri istedadını, fərdiliyini xüsusilə qeyd etmiş, xarici mətbuat onun sənətini “Xəzər sahilindən olan möcüzə” və digər adlarla dəyərləndirmişdir.

Nadir soprano sahibinin dünyaya göz açdığı ziyalı ailəsi, boya-başa çatdığı mühit onun musiqiyə bağlanmasının ilkin mənbəyi olmuşdur. Fidan və Xuraman Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olmuş, şeir yazmış, musiqiyə meyl göstərmişlər. Niyazi, F.Əmirov, T.Quliyev və Bakı musiqi elitasının digər nümayəndələri tez-tez bu ailənin evində olmuşlar. O zaman 4 yaşlı balaca Xuraman qonaqların xahişi ilə oxuyar, Fidan isə qonşu otağa keçərək daha çox skripkada çalardı. Hər iki qızın musiqiyə meyli uşaqlıqdan formalaşmışdır.

Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas - skripka və vokal üzrə təhsil almışdır. Təbii ki, qabaqcadan seçdiyi yola ciddi hazırlaşmaq lazım idi. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlamışdır.

Azərbaycanın (1983), SSRİ-nin (1988) Xalq Artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan F.Qasımova 1990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur.

Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini almışdır. Ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət” (1997) ordeninə, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şərəf” ordeninə (2010) layiq görülmüşdür.

Burada bir məqamı qeyd etmək yerinə düşərdi. 2002-ci ildə Fidan və Xuraman Qasımova bacılarının yaradıcılıqlarının 25 illik yubiley tədbirində ümummilli lider Heydər Əliyev bildirmişdir: “Beləliklə, bizim zəngin mədəniyyətimiz qiymətli incilərə malikdir. Belə incilər çox azdır, əks təqdirdə onların qiymətini bilməzdilər. Onlardan ən qiymətliləri Fidan və Xuraman xanımdır”. İstedadlı bacıların səsini qızılla, ən qiymətli daşlarla müqayisə edərək onlardan üstün tutan ulu öndər o vaxt demişdir: “Hesab edirəm ki, onlar həmişə Azərbaycan operasının solisti olacaqlar”. O, F.Qasımovanın “Koroğlu” operasında yaratdığı Nigar obrazını isə məhz dahi Üzeyirin gördüyü Nigar kimi dəyərləndirmişdir.

F.Qasımovanın 2008-ci ildə “Besame mucho” adlı albomu buraxılmışdır. “Eta Production” studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunmuşdur. Böyük sənətkarın adı “Dünyanın 100 qadını” kitabına salınmışdır.

Bakı Musiqi Akademiyasının professoru F.Qasımova son illər istedadlı gənclərə xeyli vaxt sərf edir, yorulmadan yeni gənc vokalçılar nəslini yetişdirməklə məşğul olur. Onların arasında beynəlxalq müsabiqələr diplomantları və laureatları da az deyildir. Azərbaycan opera sənətinin fəxri olan müğənni Vətənini dünyanın ən möhtəşəm salonlarında uğurla təmsil edir və ustad dərsləri keçir.

İyunun 17-si sənətinin kamillik zirvəsinə çatmış böyük sənətkarın doğum günüdür. Biz Fidan xanımı ürəkdən təbrik edir, ona həyatda sağlamlıqla dolu günlər, bütün arzularına qovuşmasını və qazandığı uğurların bundan sonra da davam etməsini arzulayırıq.

Gözəl Ağayeva

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa prezidentliyinə namizəd ölkənin xarici işlər nazirini təlxək və dəli adlandırıb

Körfəzdə neft daşıyan supertanker batıb

Ağstafada sursat partlayışı baş verib, bir nəfər ölüb

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Ordubadda mikroavtobusun aşması nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 2 VİDEO

Nazir: Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq

Milli Kitabxanada “16 Noyabr – Beynəlxalq Tolerantlıq Günü” adlı virtual kitab sərgisi təqdim olunub

ABŞ Yaponiyadakı bazasına F-15EX qırıcı təyyarələri yerləşdirib

Azərbaycanlı alim COP-31-də su hövzələrində çirklənməyə dair model təqdim edəcək

Media və Yayım Şurasından XƏBƏRDARLIQ: Söyüdlü ilə bağlı yayılan dezinformasiya ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyır

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb VİDEO

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub