Sərbəst güləşçimiz Hacı Əliyev dünya kubokunda dörddəbir finala vəsiqə qazanıb
Bakı, 17 dekabr, AZƏRTAC
Azərbaycanın daha bir sərbəst güləşçisi, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev Serbiyada keçirilən fərdi dünya kuboku turnirinin dörddəbir finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, güləşçimiz səkkizdəbir finalda rusiyalı dünya çempionu Hacımurad Rəşidovu üstələyib. Güləşçimiz ikinci dəqiqənin sonunda rəqibinə fənn tətbiq edərək 4:0 hesabı ilə önə keçib. Rusiya idmançısı zədə üzündən görüşü davam etdirə bilmədiyi üçün Azərbaycan təmsilçisi qalib elan edilib və növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, bundan əvvəl daha bir sərbəst güləşçimiz - Əhmədnəbi Qvarzatilov da dörddəbir finala vəsiqə qazanıb. Gitinoməhəmməd Hacıyev (70 kq), Camaləddin Məhəmmədov (125 kq), Hacımurad Məhəmmədsəidov (92 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]