Serbiya bu gündən etibarən Rusiyadan əlavə həcmdə qaz alacaq
Belqrad, 3 noyabr, AZƏRTAC
Serbiya noyabrın 3-dən etibarən Rusiyadan əlavə həcmdə təbii qaz idxal edəcək.
AZƏRTAC xəbər verir ki, mövcud təchizat müqaviləsinə əlavə olaraq, Serbiya Rusiyadan gündəlik 5 milyon kubmetr qaz alacaq. Bu həcm üçün təyin olunan qiymət isə Avropa birjalarında bazar qiymətlərindən aşağıdır.
Bununla da “Srbijagas” şirkətinin qış mövsümündə daxili tələbatı ödəməyə tam hazır olacağı bildirilib.
Xatırladaq ki, Serbiya Prezidenti Aleksandar Vuçiç oktyabrın 20-də Rusiya Prezidenti Vladimir Putinlə apardığı telefon danışığından sonra ölkəsinin qarşıdakı dövrdə Rusiyadan daha yaxşı qiymətə təbii qaz alacağını bildirmişdi.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]