Serbiya Prezidenti Yaponiyaya səfər edib
Belqrad, 14 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç sentyabrın 14-dən 17-dək Yaponiyaya işgüzar səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç səfər zamanı “Expo Osaka 2025” ümumdünya sərgisi çərçivəsində Osakada Serbiyanın Milli Gününün rəsmi təqdimat mərasimində iştirak edəcək. O, həmçinin Serbiya və Yaponiyanın milli pavilyonlarına baş çəkəcək.
Serbiya Prezidenti, eyni zamanda, paytaxt Tokioda Yaponiyanın İmperatoru Əlahəzrət Naruhito və Baş nazir Şiqeru İşiba ilə görüşlər keçirəcək. Aleksandar Vuçiç Yaponiya şirkətlərinin nümayəndələrinin iştirak edəcəyi Serbiyanın investisiya potensialının təqdimat mərasimində iştirak edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]