Serbiya son 10 ildə hərbi xərclərini üç dəfə artırıb
Belqrad, 18 yanvar, AZƏRTAC
Serbiya 2014-2023-cü illər ərzində müdafiə xərclərini üç dəfə artırıb.
AZƏRTAC xəbər verir ki, Serbiya təxminən on ildə silah və hərbi texnikanın alınmasına ümumilikdə 2 milyard 870 milyon dollar xərcləyib. Təkcə 2023-cü ildə isə hərbi xərclər 1 milyard 510 milyon dollar olub.
Müdafiə sənayesinə investisiyalara görə Qərbi Balkan regionunda Serbiyadan sonra siyahıda Albaniya, Şimali Makedoniya və Monteneqro gəlir. Bosniya və Herseqovina isə bu illər ərzində hərbi büdcəsini dollar ifadəsində 5 faiz artıraraq 15 milyon dollarlıq silah alıb və region ölkələri arasında sonuncu pillədə qərarlaşıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]