Azərbaycan Dövlət İnformasiya Agentliyi

Serbiyada çıxan “Svedok” jurnalında Ermənistan səfiri Qagik Qalaçyanın yalanı ifşa edilmişdir

Belqrad, 8 may (AZƏRTAC). Serbiyada çıxan populyar “Svedok” jurnalının 5 may tarixli nömrəsində Azərbaycanın Serbiya Respublikasındakı səfirliyinin inzibatçısı Rəşad Ağazadənin məqaləsi dərc edilmişdir.

Müəllif yazır ki, Ermənistanın Serbiyadakı səfiri Qagik Qalaçyanın yaxın vaxtlarda dərc edilmiş müsahibəsini oxumuşdur. Qalaçyan həmin müsahibədə Serbiya-Ermənistan münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqaz regionunda Türkiyənin rolu barədə söhbət açır.

Ağazadə öz məqaləsinə bu sözlərlə başlayır: “Mən siyasətçi deyiləm, diplomatik vəzifəm də yoxdur. Buna görə də Ermənistan ilə Serbiya arasında münasibətləri bir kənara qoyuram. Lakin Azərbaycanın və Ermənistanın yerləşdiyi regionun tarixini pis bilmirəm. Üstəlik, mən əminəm ki, diplomatik nümayəndə tarixə istinad etməzdən əvvəl onu yaxşıca öyrənməlidir. Faktları təhrif etməklə məşğul olmaq diplomatik nümayəndəyə yaraşmaz”.

R.Ağazadə daha sonra yazır ki, Ermənistan səfiri öz müsahibəsində Dağlıq Qarabağ regionunun guya “tarixən” Ermənistanın tərkib hissəsi olduğunu və 1918-ci ildə Azərbaycan dövləti yaradılandan xeyli əvvəl ermənilərin məskunlaşdığı bu regionun 1923-cü ildə İ.Stalin tərəfindən Azərbaycana verildiyini bildirir.

Müəllif Ermənistan səfirinin savadındakı boşluqları aradan qaldırmağa çalışaraq yazır: “Yəqin Ermənistan səfiri xatırlamır, bəlkə də sadəcə bunu bilmir, lakin onun Serbiyada təmsil etdiyi ölkə də respublika kimi 1918-ci ildə yaranmışdır. Həmin tarixə qədər “Ermənistan Respublikası” adlı dövlət olmamışdır. Buna görə də Ermənistan Respublikası ilə Azərbaycan Respublikası yaşıd hesab edilə bilər. Lakin bunu da əlavə etməliyəm ki, azərbaycanlıların dövlətçiliyi bundan əvvəl də mövcud olmuşdur. Məsələn, eramızdan əvvəl IV əsrdən ta eramızın VIII əsrinə qədər mövcud olmuş və həmin əsrdə ərəblər tərəfindən istila edilmiş Qafqaz Albaniyasını göstərə bilərəm. Paytaxtı əvvəlcə Qəbələ, sonra Bərdə (müasir Azərbaycanın eyni adlı şəhərləri) olan həmin dövlət müasir Azərbaycan Respublikasının ərazisini və müasir Ermənistan Respublikasının xeyli hissəsini əhatə edirdi. Onu da əlavə edim ki, Qafqaz albanları (Balkanlardakı albanlarla qarışdırmayın) Azərbaycan xalqının əcdadlarından biri olmuşdur. Başqa bir misal: 1145-1225-ci illərdə mövcud olmuş “Atabekan-i-Azərbaycan” adlı dövlətin paytaxtları bir-birinin ardınca Naxçıvan, Təbriz, Həmədan və Ərdəbil şəhərləri, hakim sülalənin banisi isə əslən Gəncə şəhərindən olan türk Eldəgiz idi. Bu dövlət Cənubi Azərbaycandan əlavə bugünkü Azərbaycan Respublikasının və bugünkü Ermənistan Respublikasının bütün ərazisini də əhatə edirdi. Beləliklə, “Azərbaycan” adlı dövlətin guya yalnız 1918-ci ildə yaranması iddiaları boş sözlərdir”. R.Ağazadənin bu istəyinə nə dərəcədə nail olmasını Qalaçyanın və ya onun əvəzinə öz-özünü ifşa edən opuslar uyduranların gələcək çıxışları göstərər.

Məqalə müəllifi Qalaçyana tarixin əlifbasını xatırladaraq yazır: “Sonradan Qaraqoyunlu, Ağqoyunlu, Oğuz, habelə Səfəvilər, Avşarlar, Qacarlar sülalələrinin hakimiyyətə gəldiyi bu ərazidə bir sıra başqa dövlətlər yaradılmışdır. Yalnız 1920-ci illərin əvvəlində İranda oğuz (oxu: Azərbaycan) sülalələrini farsdilli pəhləvilər sülaləsi əvəz etmiş, Araz çayından Şimalda isə Azərbaycan Respublikası yaradılmışdır”.

Bəs, elə həmin dövrdə Cənubi Qafqazdakı ermənilərin başına nələr gəlmişdir?

Ağazadə haqlı olaraq yazır: “Heç nə!”.

Tarixi tədqiqatlar göstərir ki, Cənubi Qafqaz ərazisində ilk erməni dövləti 1918-ci il mayın axırlarında yaradılmışdır. Əgər Rusiya imperiyası XIX əsrdən XX əsrin əvvəlinə qədər ermənilərin Cənubi Qafqaza köçürülməsinə şərait yaratmasaydı, Ermənistan Respublikasının yaranması da çox böyük sual altında olardı. Əminəm ki, Ermənistan arxivlərində ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə əlaqədar kifayət qədər sənəd vardır.

Cənubi Qafqazda “Ermənistan vilayəti” deyilən inzibati vahid ilk dəfə 1826-1828-ci illərin İran-Rusiya müharibəsindən sonra yaranmışdır. O vaxt Azərbaycanın tarixi xanlıqları, o cümlədən bu gün müasir Ermənistanın yerləşdiyi ərazilər Rusiya imperiyasının mülkiyyətinə keçmişdir. Bunun ardınca imperator I Nikolay özünün 21 mart 1828-ci il tarixli fərmanı ilə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarını ləğv etmiş və onların yerində “Ermənistan vilayəti” adlanan yeni inzibati vahid yaratmışdır. O vaxta qədər bu ərazidə heç zaman belə bir inzibati vahid olmamışdı və o vaxtdan həmin ərazi Rusiya imperiyasının məmurları tərəfindən idarə edilirdi. 1840-cı ildə bu vilayət ləğv edilmişdir. 1849-cu ildə həmin vilayətin ərazisində İrəvan quberniyası yaradılmışdır”.

Ağazadə daha sonra ermənilərin Qafqaza köçürülməsi barədə yazır: “1828-ci ildə Türkmənçay müqaviləsinin və 1829-cu ildə Rusiya və Osmanlı imperiyaları arasında müharibəyə son qoymuş Ədirnə müqaviləsinin şərtlərinə əsasən, ermənilərin Cənubi Qafqaza və əsasən azərbaycanlıların məskunlaşdığı rayonlara kütləvi şəkildə köçürülməsi başlandı. Rus alimi Nikolay Şavrovun etiraf etdiyi kimi, təkcə 1828-ci ildən 1830-cu ilə qədər İrandan 40.000 və Osmanlıdan 84.000 erməni Cənubi Qafqaza köçürülmüş və onlar Yelizavetpol (o cümlədən Qarabağ) və İrəvan quberniyalarındakı ən yaxşı dövlət torpaqlarında məskunlaşdırılmışlar. Onlar həmçinin Tiflis quberniyasının Borçalı, Axalsixa və Axalkalaki qəzalarında yerləşdirilmişlər [...] Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölünün sahilləri bu ermənilər üçün məskən olmuşdur [...] Krım kampaniyasından sonra bu ərazilərə yenidən müəyyən qədər erməni yerləşdirilir. 1877-1879-cu illərin Rusiya-Türkiyə müharibəsi bizə kiçik asiyalı köçkünlərin bütöv bir axınını bəxş etmişdir [...] Bundan sonra kiçik Asiyadan ermənilərin fasiləsiz axını başlayır. Onlar həm tək-tək, həm də ailəvi şəkildə köçüb gəlirdilər [...]”.

Ağazadə Ermənistan səfirinə xatırladır ki, Dağlıq Qarabağın statusu haqqında qərar Qalaçyanın dediyi kimi 1923-cü ildə deyil, 1921-ci ildə qəbul edilmişdir. Məhz 1921-ci il iyulun 5-də Rusiya Kommunist Partiyasının Qafqaz bürosunun (bu Bürö Qafqazda ali hakimiyyət orqanı idi) Dağlıq Qarabağın statusu haqqında qərar qəbul edilmişdir. Qərarda göstərilirdi ki, “[...]Dağlıq Qarabağ inzibati mərkəzi Şuşa şəhərində olmaqla, ona geniş muxtariyyət verilməklə Azərbaycan SSR hüdudlarında saxlanılsın [...]”.

Burada qeyd etməliyəm ki, Qafqaz Bürosunun qərarının mətnində Ermənistanın Serbiyadakı səfirinin dediyi kimi, “verilsin” yox, məhz “saxlanılsın” yazılmışdır. Aydın məsələdir ki, əvvəllər birisinə mənsub olmayan şeyi onda saxlamaq olmaz. Başqa sözlə desək, bu qərar rus dili və məntiq sahəsində elementar biliyi olan adam üçün o deməkdir ki, Qarabağ əvvəllər də Azərbaycana mənsub olmuşdur.

SSRİ dağılandan və keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan və Ermənistan özlərinin müstəqilliyini elan edəndən sonra xaricdəki erməni lobbisinin müəyyən hissəsi tərəfindən maliyyələşdirilən Ermənistanın rəhbərliyi Qarabağ regionu barəsində ərazi iddiaları siyasətini davam etdirmiş və Azərbaycana qarşı tammiqyaslı müharibəyə başlamışdır. Müharibə nəticəsində Ermənistan silahlı qüvvələri onun ərazisində dislokasiya edilmiş hərbi qruplaşmaların köməyi ilə Qarabağı və Azərbaycanın ona bitişik yeddi rayonunu işğal etmiş, azərbaycanlı əhaliyə qarşı soyqırımı törətmişlər. Bu ərazilər talanmış və viran edilmişdir. İşğal olunmuş ərazilərdə etnik təmizləmələr aparılmışdır. Nəticədə Ermənistanın özündə olduğu kimi, bu ərazilərdə də bircə azərbaycanlı belə qalmamışdır. Bir milyona yaxın azərbaycanlı köçkün və qaçqın vəziyyətinə düşmüşdür. Bu gün Ermənistan özünün rəsmi ideologiyası ucbatından dünyada yeganə monoetnik ölkədir.

Müəllif sözünə davam edərək yazır: “Burada mən bir maraqlı faktı qəzetin oxucuları ilə bölüşmək istərdim. Dünyada münaqişələrin özünəməxsus fərqləndirici xüsusiyyətləri olmasına baxmayaraq, qeyd etmək lazımdır ki, Qarabağ münaqişəsi başlayandan sonra separatizm hərəkatı Gürcüstana və Moldovaya, sonra isə Serbiyanın Kosovo diyarına yol tapmışdı. Başqa sözlə desək, erməni millətçilərin və separatçı qrupların məqsədyönlü fəaliyyəti domino effekti yaratmışdır”.

Beynəlxalq birliyin Qarabağ münaqişəsi barədə mövqeyi heç də erməni diplomatın təqdim etməyə çalışdığı kimi deyildir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə cavab olaraq BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 nömrəli dörd qətnamə qəbul etmiş, həmin sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb etmişdir. Bundan əlavə, GUAM, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Avropa Parlamenti, Qoşulmama Hərəkatı, NATO kimi beynəlxalq təşkilatlar da münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında tənzimlənməsi mövqeyini tuturlar. Bütün bunlardan sonra Azərbaycanın hərəkətlərinin BMT qətnamələrinə uyğun olmadığını demək sadəcə gülüncdür. Bu qətnamələr yalnız bir ölkəyə - Ermənistana qarşı yönəlmişdir”.

Ağazadə daha sonra Ermənistan səfirinin yalanını ifşa edir. O yazır: “Ermənistan səfiri nahaq yerə, yalandan deyir ki, onun ölkəsinin mövqeyi beynəlxalq birliyin mövqeyi ilə üst-üstə düşür. Əsla! “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” bəndi hələ də BMT Baş Məclisinin (yeri gəlmişkən, 2013-cü ildə bu qurumda Serbiya nümayəndəsi sədrlik edirdi) gündəlikdədir. Ermənistan məhz beynəlxalq birlik tərəfindən göstəriləcək reaksiyadan ehtiyat edərək, elə özünün yaratdığı “dağlıq qarabağ respublikası” adlı separatçı qurumu tanımağa hələ də risk etməmişdir. Münaqişənin tənzimlənməsi məhz işğal olunmuş əraziləri azad etmək və azərbaycanlıların öz ərazilərinə qayıtmasına imkan vermək istəməyən Ermənistanın tutduğu mövqeyə görə düyünə düşmüşdür. ATƏT-in Minsk qrupu isə Ermənistanın münaqişənin dinc, ədalətli yolla tənzimlənməsinə razılaşması üçün, təəssüf ki, ona lazımınca təsir göstərə bilmir”.

Müəllif Ermənistan dövlətinin faşist ideologiyasının bütün qəbahətlərini ifşa edərək yazır: “Moldova ombudsmanı xanım Aureliya Qriqoriu ilə bağlı hadisə yadıma düşdü. Keçən il Qriqoriu Yerevanda insan hüquqlarına dair konfransdakı şıxışında Azərbaycan ərazilərinin işğal edilməsi, bu ərazilərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər və bununla əlaqədar beynəlxalq sənədlərin müddəalarının Ermənistan tərəfindən pozulması barədə danışmışdır. Bundan sonra onun başına nələr gəldiyini, Yerevanda olarkən hansı təzyiqlərə məruz qaldığını, o, dünya KİV-lərinə müsahibələrində ətraflı danışmışdır”.

Ağazadə Ermənistan səfirinin yalanlarını metodik şəkildə, dalbadal ifşa edir. Məsələn, yazır: “Aqressiv erməni millətçiliyinə və şovinizmə meydan oxumağa hər kəs cəsarət etmir. Yeri gəlmişkən, bu şovinizmdən serblər də əziyyət çəkmişlər. Bununla əlaqədar bircə faktı xatırlamağa dəyər: 1983-cü ildə ermənilərin ASALA terror təşkilatının nümayəndələri tərəfindən Türkiyənin Belqraddakı səfiri Qalib Balkara qarşı terror aktı törədilərkən onunla bərabər Serbiya vətəndaşları da həlak olmuşdu. Bundan sonra təəccüblü görünməməlidir ki, Ermənistanın yüksək vəzifəli bir məmuru vaxtilə Serbiyada yaşamış Soqomon Texliriyanı Ermənistanın xalq qəhrəmanı adlandırmışdır. Q.Qalaçyan fəxr edir ki, Texliriyan 1921-ci ildə Türkiyənin baş nazirini qətlə yetirmiş, sonra isə Almaniya məhkəməsi tərəfindən azad edilmişdir. Qalaçyan sanki eyham vurur ki, Texliriyan bəraət qazanmışdır. Əslində isə Almaniya məhkəməsi həmin qatili ona görə azad etmişdi ki, o, qətli affekt vəziyyətində və ya daha anlaşıqlı terminlə desək, anlaqsız vəziyyətdə törətmişdir. Başqalarını bilmirəm, lakin mən başqa ölkənin ali vəzifəli rəsmi şəxsinin qətlə yetirilməsinə görə anlaqsız bir adamı milli qəhrəman dərəcəsinə ucaltmazdım. Q.Qalaçyan bundan sonra da utanmadan azərbaycanlı zabit Ramil Səfərov tərəfindən törədilmiş qətli ermənifobiya kimi təqdim etmək istəyir. Əvvələn, R.Səfərov Azərbaycanda qəhrəman kimi qələmə verilməmişdir, ikincisi, o, törətdiyi cinayət əməlinə görə Macarıstan həbsxanasında on ilə yaxın cəza çəkmişdir. Nəhayət, R.Səfərov bu qətli onunla eyni kursda oxuyan erməni tərəfindən Azərbaycan xalqının və Azərbaycan bayrağının təhqir edilməsinin, habelə lap gənc yaşlarında doğma şəhərinin işğal edilməsinin, müharibədə yaxınlarını itirməsinin təsiri altında törətmişdir. Onun Azərbaycana ekstradisiya edilməsi isə Ermənistan səfirinin bixəbər olduğu Avropa və Azərbaycan qanunvericiliyinə tam müvafiq şəkildə həyata keçirilmişdir”.

Azərbaycanlı opponent Qalaçyanı “mat” vəziyyətinə salaraq yazır: “Bakıda Ramil Səfərovun adını daşıyan metro stansiyası yoxdur, onun adına medal da təsis edilməmişdir. Amma Yerevanda nasist general Qaregin Njdenin adı metro stansiyasında əbədiləşdirilmiş, bu ölkədə “Qaregin Njde medalı” təsis edilmişdir. Digər hitlerçi general Dro da Ermənistanın milli qəhrəmanı dərəcəsinə ucaldılmışdır. Mən hələ məhkum edilmiş beynəlxalq terrorçular Varujan Qarabedyanı və Monte Melkonyanı demirəm. Maraqlıdır, görəsən, hitlerçilərə, o cümlədən sonralar Ermənistanda qəhrəman kimi qələmə verilənlərə qarşı müharibədə qanları axıdılmış serblər buna necə münasibət bildirəcəklər”.

Böyük qətiyyət nümayiş etdirən Ağazadə Ermənistan səfirinin növbəti yalanını ifşa edərək ona daha bir “qırmızı vərəq” göstərir: “Mən fikir vermişəm ki, Ermənistan səfiri coğrafiyanı da bilmir. Ermənistanın Türkiyə və Azərbaycan tərəfindən blokadaya alınmasından necə söhbət gedə bilər ki, Ermənistanın İran və Gürcüstanla coğrafi sərhədləri var və o, həmin sərhədlər vasitəsilə xarici aləmlə əlaqə saxlayır. Razıyam ki, Türkiyə Ermənistanla sərhədləri rəsmən bağlamışdır. Lakin Ermənistan buna tam layiqdir. Bu sərhədlər 1993-cü ildə, Qarabağ münaqişəsinin gedişində Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal edəndən sonra bağlanmışdır. Yeri gəlmişkən, Kəlbəcərin işğal edilməsi ilə əlaqədar, 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 nömrəli qətnamə qəbul etmiş, həmin sənəddə “bütün işğalçı qüvvələrin Azərbaycanın bu rayonundan dərhal çıxarılmasını” tələb etmişdir. Ermənistan indiyə qədər öz qoşunlarını oradan çıxarmadığına görə həmin sənədin yerinə yetirilməsinə kömək etməyə çalışan Türkiyədən inciməyə dəyməz. Lakin eyni zamanda cənab səfirə məlumat kimi qeyd etmək istəyirəm ki, həmin “bacarıqlı erməni sahibkarlar” Türkiyədə işləyərək çörək pulu qazanır və öz ailələrini dolandırırlar. Səfirə təklif edərdim ki, uydurma erməni soyqırımı barədə danışmaq əvəzinə beynəlxalq münasibətlər nəzəriyyəsini oxusun, orada tam aydın şəkildə deyilir ki, dənizə çıxışı olmayan Ermənistan kimi dövlətlər öz qonşuları ilə münasibətlərini ərazi iddiaları siyasəti əsasında yox,beynəlxalq hüququn prinsip və normalarına, ilk növbədə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət əsasında qurmağa sadəcə borcludurlar. Ermənistan isə bunu etmir və Türkiyənin, Azərbaycanın və Gürcüstanın ərazilərinə iddialarını davam etdirir”.

Ağazadə onu da xatırladır ki, 2014-cü il martın 27-də BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyü barəsində qətnaməyə dair səsvermənin gedişində Ermənistan həmin qətnamənin qəbul edilməsinin əleyhinə səs vermişdir. Ermənistan nümayəndəsi səsvermə zamanı öz mövqeyini bununla əsaslandırmışdır ki, o, xalqların təyini-müqəddərat hüququnu daim əsas götürür və inanır ki, münaqişəni BMT Baş Məclisində qətnamələr qəbul edilməsi yolu ilə deyil, tərəflər arasında danışıqlar vasitəsilə tənzimləmək mümkündür.

Göründüyü kimi, Ermənistan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərini artıq neçənci dəfə bilərəkdən yanlış interpretasiya etmiş və beləliklə, beynəlxalq birliyin mövqeyinə qarşı çıxmışdır. Bununla da Ermənistan dünya ölkələrinin əksəriyyətindən fərqli fikir nümayiş etdirmişdir ki, bu da onun işğalçı siyasətini bir daha sübut edir.

Müəllif serbiyalı oxuculara müraciətlə Ermənistan təbliğat-təşviqat maşınının iş metodları barədə yazır: “Mən çox şübhə edirəm, görəsən Hitler qondarma “erməni soyqırımı” barədə danışırdımı? Lakin səfirin müsahibəsini oxuyandan sonra dəqiq bilirəm ki, erməni diplomatiyası Hitlerin təbliğat naziri Yozef Göbbelsin metodundan istifadə edir. Bu metodun formulu belə idi: Yalan nə qədər dəhşətli olsa, ona bir o qədər tez inanarlar”.

Sonda Ağazadə Ermənistan səfirini aşağıdakı suallarla “duelə” çağırır:

“Ermənistan səfirinə təklif edərdim ki, Serbiyada erməni saxtakarlıqlarını yaymaq əvəzinə aşağıdakı elementar addımları atsın:

Əgər Ermənistan səfiri həqiqətən hesab edirsə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsinə dair qətnamələrini pozur, ona təklif edirəm belə bir bəyanatla çıxış etsin ki, Ermənistan beynəlxalq birliyin məsuliyyətli üzvü kimi münaqişənin BMT Təhlükəsizlik Şurasının bu qətnamələri əsasında tənzimlənməsinə çalışır.

Həmin qətnamələrin mətnlərini səfirliyin internet səhifəsində, əgər ümumiyyətlə belə səhifə varsa, dərc etsin.

Ermənistan səfiri izah etsin, nə üçün o, öz müsahibəsində bircə dəfə də deməyib ki, Ermənistan Kosovonun Serbiyanın tərkibinə qaytarılmasına tərəfdardır. Bəlkə Ermənistan bunun əleyhinədir?

Ermənistan səfiri “Dağlıq Qarabağ xalqı” deyəndə nəyi nəzərdə tutduğunu izah edə bilərmi və bununla əlaqədar BMT və ya ATƏT çərçivəsində qəbul edilmiş hər hansı rəsmi sənəd göstərə bilərmi ki, orada “Dağlıq Qarabağ xalqı”na istinad olsun? Əgər belə bir “xalq” varsa, onun əhalisinin 1/3 hissəsindən çoxu, yəni Azərbaycan icması haradadır?

Əgər Ermənistan qarşılıqlı etimadın möhkəmlənməsi tədbirlərinə həqiqətən hazırdırsa, onda o, Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə hazırda köçkün vəziyyətində olan, lakin hökmən Dağlıq Qarabağdakı evlərinə qayıdacaq və Azərbaycanın tərkibində yaşayacaq Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri arasında görüş təşkil olunmasında şəxsən mənə kömək etməyə razıdırmı?

Cavab gözləyirəm”!

Belə-belə işlər, Qagik Qalaçyan! Sizə şah və mat! 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər