Sergey Markov: Ən vacib problem azərbaycanlı qaçqınların doğma yurdlarına qaytarılmasıdır
Moskva, 28 avqust, AZƏRTAC
Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın KM.RU portalına verdiyi müsahibədə Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti şərh edib.
S.Markov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi heç də “dondurulmayıb”. Politoloq deyib: “Ara verməyən hərbi toqquşmalar ona dəlalət edir ki, ilk növbədə, böyük bir kompleks təşkil edən problemləri qismən də olsa həll etməyə imkan verən müvəqqəti həll tapmaq zəruridir. Əlbəttə, bu problemlər arasında ən vacibi azərbaycanlı qaçqınların Dağlıq Qarabağ ətrafında yerləşən, hazırda Ermənistanın nəzarəti altında olan yeddi rayona qaytarılmasıdır”.
S.Markovun fikrincə, ATƏT-in Minsk qrupu öz işini lazımınca yaxşı yerinə yetirmir. O vurğulayıb: “Fikrimcə, buna səbəb odur ki, ABŞ Minsk qrupunun fəallaşmasına imkan vermir”.
S.Markovun sözlərinə görə, Ermənistan blokadanın aradan qaldırılmasında, Azərbaycan isə qaçqınların Dağlıq Qarabağ ətrafındakı rayonlara qaytarılmasında maraqlıdır. O deyib: “Əgər danışıqlar ATƏT-in Minsk qrupu xətti üzrə getmirsə, onları başqa yolla stimullaşdırmaq lazımdır. Bu cür danışıqların təşkil edilməsi üçün ən təbii vasitəçi Rusiya ola bilərdi. Perspektivdə Minsk üçlüyündən (Rusiya, ABŞ, Avropa İttifaqı) əlavə, vəziyyətin sağlamlaşdırılmasına kömək edə biləcək regional üçlük (Rusiya, İran, Türkiyə) formalaşdırmaq mümkündür”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:46]
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
- 16.06.2026 [16:39]
Baş nazir Əli Əsədov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
- 16.06.2026 [15:24]
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir
- 16.06.2026 [14:56]
Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir
- 16.06.2026 [14:04]