SERGEY YURSKİNİN ÜNS TEATRI SƏHNƏSİNDƏ YARADICILIQ GECƏSİ
Tanınmış aktyor Cəfər Cabbarlı adına kinostudiyanın dörd filmində çəkilmişdir və məhz Bakı onun yaradıcılığı üçün yeni imkanlar açmışdır. Aktyor demişdir: “Məni müəyyən mənada Bakı, Azərbaycan xilas etdi. Bu, həyatımın dönüş mərhələsi idi. Çox çətin zaman idi, hakimiyyət orqanları ilə münasibətlər ciddi şəkildə gərginləşmişdi. Onda Azərbaycan gözlənilmədən mənə kömək əlini uzatdı. Cəfər Cabbarlı adına studiya doğma studiyama, buradakı dostlarım isə taleyimin bir hissəsinə çevrildilər”.
S.Yurski özünün yaratdığı bir aktyorun teatrı ilə Bakıda 30 il əvvəl çıxış etmişdi və uzun illər keçdikdən sonra belə səmimi qəbul gözləmirdi. Onu da deyək ki, aktyorun yaradıcılıq yolu təkcə səhnə ilə məhdudlaşmır. O, öz studiyasına rəhbərlik edir, 6 nəsr və şeir kitabının müəllifidir.
“ÜNS yaradıcılıq səhnəsi” layihəsinin müəllifi və rəhbəri professor Nərgiz Paşayeva, İTAR-TASS agentliyi baş direktorunun birinci müavini Mixail Qusman yaradıcılıq gecəsində olmuşlar.
Xatırladaq ki, “ÜNS yaradıcılıq səhnəsi” teatr mövsümünü bu görüşlə başa çatdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:19]
Londonda “Arşın mal alan” filminin nümayişi olub
- 13.10.2026 [18:20]
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
- 13.10.2026 [15:41]
Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq
- 13.10.2026 [14:53]
Zəngin poetik irs və humanist ideyalar: Xaqani Şirvani yaradıcılığı
- 13.10.2026 [14:26]
Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib
- 13.10.2026 [14:15]
Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub
- 13.10.2026 [12:55]
İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”
- 13.10.2026 [11:29]
Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq
- 13.10.2026 [11:26]