SƏRHƏDYANI ƏRAZİLƏRDƏ TƏHLÜKƏSİZ OYUN MEYDANÇALARI İNŞA EDİLİR
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Beynəlxalq Qızıl Xaç Komitəsi və Norveç Qızıl Xaç Cəmiyyəti ilə birgə həyata keçirdiyi “Təhlükəsiz oyun meydançaları” (TOM) layihəsi çərçivəsində Tərtər rayonunun 3 kəndində oyun meydançaları yaradılmışdır. Məqsəd mina təhlükəsi olan kəndlərdə uşaqların qorunmasıdır.
Cəmiyyətdən AZƏRTAC-a bildirmişlər ki, bu il Qızıl Aypara təşkilatı Tərtərdən əlavə, sərhədyanı bölgələrdə yerləşən 8 rayonun 12 kəndində də oyun meydançaları inşa etmişdir. Layihə 2006-cı ildə də davam etdiriləcəkdir.