SƏRNİŞİN HADİSƏ YERİNDƏCƏ KEÇİNMİŞDİR
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 9-da Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində, Hacalılı kənd sakini Telman Cəfərovun idarə etdiyi ”MAZ” və Əlibəyli kənd sakini Fəxrəddin Xəlilovun sürdüyü “VAZ-21011” markalı avtomaşınlar toqquşmuşdur.
Nəticədə, F.Xəlilovun sərnişini Ayxan Mehdixanlı hadisə yerindəcə keçinmiş, xəsarət almış F.Xəlilov və digər sərnişinləri – Əlibəyli kənd sakinləri Təranə Süleymanova, Rəna və Mehri Sarıyevalar xəstəxanaya yerləşdirilmişlər. Yaralananların vəziyyəti orta ağırdır.