“ŞƏRQ-QƏRB” VI BAKI BEYNƏLXALQ KİNOFESTİVALININ BAĞLANIŞI
AZƏRTAC-ın müxbiri xəbər verir ki, festival Sergey Solovyovun “Məhəbbət haqqında” lirik dramının nümayişi ilə başa çatmışdır.
MDB və Baltiya Ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri, Azərbaycanın əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyov festivalın laureatlarını elan etdi.
“Məhəbbət haqqında” filmi iki mükafata layiq görüldü: rejissor və ssenari müəllifi Sergey Solovyov “Kino sənətinə görkəmli töhfəyə görə” və baş rolun ifaçısı Aleksandr Abdulov “Ən yaxşı kişi roluna görə”.
“Ən yaxşı qadın roluna görə” diplomu və mükafatı rejissor Satıbaldı Narımbetovun “Leylanın duası” filmində Leyla rolunun ifaçısı, qazax aktrisası Ayan Yesmaqambetovaya verildi.
Nəhayət, “Tamaşaçılara ən humanist müraciətə görə” diplom və mükafatı “Qadına xeyir-dua verin” filminə görə tanınmış Rusiya kinorejissoru Stanislav Qovoruxin aldı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]