Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin ildönümü qeyd olunmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə İnstitutun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu vurğulamışdır. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsı olduğunu deyən Gövhər xanım, bu dəhşətli hadisənin ağır nəticələrindən söz açmış, həmin günü xalqımızın böyük hüzn və kədərlə qeyd etdiyini diqqətə çatdırmışdır.
G.Baxşəliyeva erməni-sovet hərbi birləşmələrinin silahsız xocalılara qarşı törətdikləri analoqu olmayan qəddarlıqdan və vəhşilikdən söz açmışdır. Gövhər xanım Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu söyləmiş və Şərqşünaslıq İnstitutunda da bununla bağlı müəyyən tədbirlərin həyata keçirildiyini söyləmişdir. İnstitutda Xocalı faciəsi ilə bağlı yazılar, sənədlər və digər mühüm materiallar şərq dillərinə tərcümə edilərək yayılır.
Tədbirdə çıxış edən digər natiqlər də Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalılıların amansız soyqırımı günündə də özlərini dəyanətlə apardıqlarını qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]