Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərur rayonunun Qarabürc kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Şərur, 11 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Ulu öndər Heydər Əliyevin fəaliyyəti və siyasəti nəticəsində biz bugünkü Azərbaycanı, möhkəm təməl üzərində qurulmuş dövləti görürük. Bu gün dövlətimiz onun siyasəti əsasında uğurla inkişaf edir”.

Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Kəndlərin inkişafına göstərilən qayğı, tikilən yeni sosial obyektlər əhalinin rahat yaşayışını və bölgələrin tarazlı inkişafını təmin edib. Rayon kimi yaranmasından 90 il ötən, muxtar respublikanın ən qədim və böyük yaşayış məntəqəsi olan Şərur müasir görkəmi ilə seçilir. Rayonun Qarabürc kəndində aparılan quruculuq işləri həyata keçirilən tədbirlərin davamıdır.

Qarabürc kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov noyabrın 11-də Qarabürc məktəbində olub, tədrisin vəziyyəti ilə maraqlanıb.

Bildirilib ki, 120 şagird yerlik 3 mərtəbəli binada 14 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, şahmat sinfi, STEAM kabinəsi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəbdə 14 kompüter və 3 elektron lövhə quraşdırılıb, kompüter və elektron lövhələr internetə qoşulub. Məktəbin kitabxana fondu da zənginləşdirilib. Burada 2159 kitab vardır.

Muxtar respublikada idman dərslərinin, xüsusilə də şahmatın tədrisinə ciddi diqqət yetirilir. Qarabürc kənd ümumi orta məktəbində də şahmat otağı, idman zalı və qurğuları istifadəyə verilib. Məktəbdə ilk dəfə STEAM kabinəsi yaradılıb. Kabinədə elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları qoyulub.

STEAM elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunduğu tədris metodudur. Dünya təhsil sistemində STEAM tədris metodları mütəxəssis hazırlığının mühüm istiqaməti kimi götürülür. 2020-2021-ci tədris ilində pilot layihə olaraq muxtar respublikanın 13 məktəbində STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə müəllimlər üçün STEAM Tədris Mərkəzinin yaradılması, 6 və 7-ci siniflərdə Texnologiya fənni hesabına həftədə 1 saat STEAM dərslərinin tədrisi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsait hazırlanıb.

Ali Məclisin sədri STEAM kabinəsində şagirdlərin əl işlərinə baxıb, STEAM metodları ilə bağlı xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunması, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində də STEAM kabinəsinin yaradılması ilə bağlı tapşırıqlar verib.

Elektron lövhəli sinifdə Naxçıvan şəhərindəki Bayraq Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında keçirilən interaktiv dərs izlənilib.

Məktəbin müəllimi Nadir Ağayev yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, əvvəllər məktəbimizdə bu cür şərait olmayıb. Bu gün maddi-texniki bazası möhkəmləndirilən bir məktəbə sahibik. Çalışacağıq ki, işimizi yaradılan şəraitə uyğun quraq.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Bu ilin ötən dövründə 4 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müasir avadanlıqlarla təchiz edilmiş İmtahan Mərkəzi yaradılıb, Şərur rayonunda yerləşən məktəbdənkənar müəssisələrdə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər fəaliyyətə başlayıb. Hazırda Şərur rayonunda Şəhriyar, Ordubad rayonunda Ordubad şəhər 1 nömrəli və Nüsnüs kənd tam orta məktəbləri, Culfa rayon məktəbdənkənar tərbiyə müəssisələri və Culfa Rayon Təhsil Şöbəsi üçün binaların tikintisi və ya əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Ordubad və Culfa rayonlarında yerləşən məktəbdənkənar müəssisələrdə 30 innovativ dərnək yaradılır. Muxtar respublikada gənclərin hərtərəfli təhsil alması ilə yanaşı, vətənpərvər ruhda tərbiyə olunmasına da xüsusi diqqət yetirilir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində əldə olunan qələbədə Ali Baş Komandanımızın da dediyi kimi, Naxçıvanın igid gəncləri vətənpərvərliyi və şücaəti ilə seçiliblər. Rəhman Məmmədov muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin sədrini qələbə münasibətilə təbrik edib, göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıq edib.

Məktəbin müəllimi Lalə Quliyeva deyib: “Muxtar respublikada təhsilə göstərilən diqqət və qayğıdan kəndimizdəki ümumi orta məktəbə də pay düşüb. Bu gün həm Qarabürc kəndinin sakinləri, həm də məktəb kollektivi üçün çox qürurverici gündür. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi qələbəni yeni məktəbin və digər sosial obyektlərin istifadəyə verilməsi ilə qeyd edirik. Məktəbimizdə gənc nəslin təlim-tərbiyəsi üçün hərtərəfli şərait yaradılıb. Bu da şagirdlərin daha yaxşı təhsil almalarına, vətənpərvər ruhda tərbiyə olunmalarına imkan verəcəkdir”. Lalə Quliyeva göstərilən hərtərəfli qayğıya görə müəllim və şagird kollektivi adından minnətdarlıq edib, savadlı və vətənpərvər gənclər yetişdirəcəklərinə söz verib.

Ali Məclisin sədri məktəb kollektivini təbrik edərək deyib: Azərbaycan torpaqlarını işğaldan azad etmiş və qələbə qazanmışdır. Belə bir əlamətdar gündə Qarabürc kənd ümumi orta məktəbinin istifadəyə verilməsi ikiqat bayram sevinci yaşadır. Quruculuq işləri o vaxt həyata keçirilir ki, ölkədə sabitlik, iqtisadi inkişaf, xalq-dövlət birliyi, ən əsası isə güclü lider olsun. Bütün bunlar Azərbaycanda vardır. Ona görə də ölkəmizdə həm inkişaf təmin edilib, həm işğal altında olan torpaqlarımız geri qaytarılıb, həm də bu cür müasir məktəb binaları tikilib istifadəyə verilir.

Ali Məclisin sədri deyib: Pedaqoji kollektivin formalaşması, yaradılan şərait imkan verir ki, növbəti tədris ilində Qarabürc kənd ümumi orta məktəbi tam orta məktəbə çevrilsin. Bunun üçün lazımi tədbirlər görüləcək. Müəllimlərin üzərinə düşən vəzifə isə yaradılanlardan istifadə etməklə tədrisin səviyyəsini yüksəltmək, vətənpərvər gənclərin yetişdirilməsinə diqqəti artırmaqdır. Məktəbdəki əyani vəsaitlər imkan verəcəkdir ki, tədris şagirdlərə əzbərləməklə deyil, qavrama yolu ilə öyrədilsin. Ötən tədris ilində məktəbin 9-cu sinif bazasından iki şagirdin Heydər Əliyev adına Hərbi Liseyə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olunması məktəbin nailiyyətidir.

Ali Məclisin sədri pedaqoji kollektivə təşəkkür edib, nailiyyətlərin daha da artacağına və yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirib.

Binanın həyətində bufet və fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, abadlıq işləri aparılıb.

Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabürc Kənd Mərkəzində görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, Qarabürc Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, polis sahə məntəqəsi, kitabxana, poçt bölməsi, klub və 38 yerlik zal yerləşir. Kitabxana fondunda 2 min 735 kitab vardır.

Ali Məclisin sədri kitab müzakirələrinin təşkil olunması ilə bağlı tapşırıq verib.

Binada poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülüb, kənd Kürçülü kəndində yerləşən yeni nəsil ATS vasitəsilə telefonlaşdırılıb. Kənd sakinləri sürətli internetdən istifadə edirlər.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 39 üzvü vardır ki, onlardan da 12-si gənc, 9-u isə qadındır.

Yeni Azərbaycan Partiyası Qarabürc kənd ərazi ilk təşkilatının sədri Səbuhi Əliyev Ali Məclisin sədrini qələbə münasibətilə təbrik edərək deyib: “Ölkəmizin sosial-iqtisadi inkişafını biz cəbhədə qazanılan uğurlarda gördük. Fəxr edirik ki, bu ölkənin vətəndaşlarıyıq. Bu qələbə əzmi ilə də işləməyə, ölkəmizə bütün sahələrdə töhfə verməyə çalışacağıq”.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq xidmətidir. Xəstəliklərə qarşı vaxtında peyvəndlərin vurulması, dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, heyvanlar arasında heç bir yoluxucu xəstəlik yoxdur.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Məntəqə müdiri Tahirə Quliyeva deyib ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğıdan bizim kəndimizə də pay düşüb. Müasir tibbi avadanlıqlar imkan verəcək ki, insanların sağlamlığının keşiyində daha məsuliyyətlə dayanaq. Tahirə Quliyeva torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb, sağlam gənc nəslin yetişdirilməsinə göstərilən qayğıya görə minnətdarlıq edib.

Ali Məclisin sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb və tibbi xidmətlərin təşkili ilə bağlı tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Xidmət mərkəzində 3 sakin işlə təmin olunub

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov xidmət mərkəzində görülən işlərlə də tanış olub.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq malları mağazası yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 3 sakin işlə təmin olunub. Mağazada istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir.

Ali Məclisin sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilməsi ilə bağlı tapşırıq verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək deyib: Xalqımızın qələbəni qeyd etdiyi gündə Qarabürc kəndi muxtar respublikanın müasir kəndləri sırasına daxil olur. Kəndin inkişafı onun yolundan başlanır. Kənd avtomobil yolunun yenidən qurulması, müasir iş şəraitinin yaradılması, məktəb, xidmət və kənd mərkəzləri kimi sosial obyektlərin qurulması sakinlərin rahat yaşamasına xidmət edəcəkdir. Qurulanların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Dünyada belə ölkələr çox azdır ki, həm torpaqlarının qorunması üçün ordu quruculuğuna vəsait ayırır, həm də ölkədə abadlıq-quruculuq tədbirləri həyata keçirir. Bütün bunları Qarabürc kəndinin simasında aydın görürük.

Ali Məclisin sədri deyib: Kənd sakinləri burada münbit torpaqlara sahibdirlər. Suvarma suyu ilə təmin olunublar, istehsal olunan məhsulların satışı üçün hər cür şərait yaradılıb. Buna görə də torpaqlar əkilməli, ölkəmizin inkişafına hər bir sakin töhfəsini verməlidir. Sevindirici haldır ki, yeni evlər tikilir, məskunlaşma artır. Dövlət tərəfindən də lazımi köməklik göstərilir. Bundan sonra ölkəmizin qarşısında duran əsas vəzifə işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin aparılması olacaqdır.

Ali Məclisin sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, işlərində uğurlar arzulayıb.

Kənd sakinləri adından minnətdarlıq edən Arif Yusifov deyib: “Muxtar respublika rəhbərinin kəndimizə gəlişi sakinlər tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Mən bütün kənd sakinləri adından Ali Məclisin sədrini İkinci Qarabağ müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edirəm. Ordu quruculuğuna muxtar respublikada göstərilən diqqət və qayğının nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi naxçıvanlılar Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstəriblər. Biz bununla qürur duyuruq. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri insanların rahat yaşayışının təminatıdır. Bu quruculuqdan kəndimizə də pay düşüb. İstifadəyə verilən məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri və digər müasir infrastruktur kəndimizin simasını tamamilə dəyişməklə yanaşı, həm də sakinlərin rahatlığına xidmət edəcəkdir. Kəndimizin sakinləri çox zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları bazar və yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapıb. Heç bir çətinliyimiz yoxdur. Söz veririk ki, yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafına töhfə verəcəyik”.

Qarabürc kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.

Bildirilib ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda, 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulub, 1056 metr uzunluğunda beton su kanalı çəkilib.

* * *

Qarabürc kəndində abadlıq işləri də aparılıb, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilib, 2 transformator quraşdırılıb, 3 min metr uzunluğunda yeni elektrik xətti çəkilib, 4 min metrlik elektrik xətti izolyasiyalı elektrik kabellərlə əvəz edilib. Kənddə yeni tikililərə qaz xətti çəkilib, 1560 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, mövcud subartezian quyusundakı nasos yenilənib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb