Şərurun Havuş kənd yolunda qaya uçqunu olub VİDEO
Naxçıvan, 5 iyun, AZƏRTAC
Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.
Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İriölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.
Hazırda yolda təhlükəsizlik təmin edilib.