Səsvermə Ankarada da yüksək seçici fəallığı ilə başa çatıb
Ankara, 26 sentyabr, AZƏRTAC
Referendumla əlaqədar Azərbaycanın Ankaradakı səfirliyində keçirilən səsvermə Türkiyə vaxtı ilə saat 19.00-da başa çatıb.
Burada 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 30 saylı seçki məntəqəsi fəaliyyət göstərib. Məntəqədə səsvermə hüququ olan vətəndaşlarımızın 76,7 faizi öz iradələrini ifadə ediblər. Səsvermə prosesində heç bir qanun pozuntusuna yol verilməyib. Səsvermənin azad və şəffaf keçirilməsi təmin edilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara