Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səttar Möhbalıyev: Xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizdir

Səttar Möhbalıyev: Xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizdir

Bakı, 1 avqust, AZƏRTAC

Xalqımızın sahib olduğu ən böyük dəyərlərdən biri də Ana dilimizin varlığıdır. Bu dəyər Azərbaycan xalqının qədimliyini, kimliyini göstərən əsl mənəvi sərvətimizdir. Əzmkar və müdrik xalqımız zaman-zaman öz Ana dilini yad ünsürlərin təzyiqlərindən qoruyaraq daim inkişaf etdirmişdir. Belə ki, Azərbaycanda hökmranlıq edən xarici qüvvələr əsrlər əvvəl xalqımızın dilini assimilyasiya edir, öz dillərini yaymağa çalışırdılar. Müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə aparan qəhrəman xalqımız öz dilini də unutmamış, yadellilərdən qoruya bilmişdir. Həmçinin Azərbaycan dilinin yaşamasında, inkişafında, zənginləşməsində milli ədəbiyyatımızın da əhəmiyyəti böyük olub. Lap qədimdən başlayaraq klassiklərimiz bu dildə böyük əsərlər yaradaraq xalqımızın savadlanmasında, milli şüurunun inkişafında, özünüdərkində mühüm rol oynamış, daim Ana dilimizin zənginləşməsinə və yayılmasına çalışmışlar. Eləcə də XIX əsrin ortalarından başlayaraq Ana dilimizdə məktəblərin açılması ideyasını gündəmə gətirən, bu yolda çəkinmədən mübarizə aparan tərəqqipərvər ziyalılarımızı - Mirzə Fətəli Axundzadəni, Abbasqulu ağa Bakıxanovu, Həsən bəy Zərdabini, Mirzə Kazım bəyi və digərlərini qeyd etmək istərdim. Onlar Azərbaycan dilində təhsil ocaqlarının yaradılmasında və uşaqların həmin məktəblərə cəlb edilməsində yorulmadan çalışmışlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O qeyd edib ki, sovet hakimiyyəti dövründə milli dil məsələsinin nə qədər həssas olduğu hamımıza məlumdur. Hətta 1930-cu illərdə Ana dilini gündəmə gətirənlər təqib olunur, repressiyalara məruz qalır, Sibirə sürgün edilirdilər. Həmin illərdə minlərlə soydaşımız milli məsələlər səbəbindən güllələndi. 1970-ci illərdə də sovet respublikalarında dillərin sıxışdırılması prosesi davam edirdi. Amma buna baxmayaraq, həmin dövrdə Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev bütün sahələrə olduğu kimi, milli məsələlərə də diqqət yetirir, o cümlədən Azərbaycan dilinin qorunması, inkişafı istiqamətində cəsarətli addımlar atırdı. Əminliklə deyə bilərik ki, xalqımızın Ümummilli Lideri Ana dilimizi həmin dövrdə kənar müdaxilələrdən, təzyiqlərdən xilas etdi, onun işlənməsi, daha da zənginləşməsi naminə zəruri işlər gördü. Heydər Əliyev respublikamızda keçirilən bütün rəsmi tədbirlərdə səlis nitqi ilə öz Ana dilində danışır, onun saflığını, təmizliyini qorumağa çalışırdı. Həmin dövrdə, təbii ki, böyük hünər tələb edən bu işləri yalnız xalqına, vətəninə, soy-kökünə bağlı qətiyyətli şəxsiyyətlər edə bilərdi. Hətta Ulu Öndər 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Ana dilimizə dövlət dili statusu qazandırmaqla böyük bir tarixi missiyanı şərəflə yerinə yetirmişdir.

“Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanı qurarkən də Ana dilimizi diqqətdə saxlayır, onu uca tuturdu. Məhz onun xidmətləri sayəsində 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada Azərbaycan dili dövlət dili oldu. Dövlətimizin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi, həmçinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atıldı, fərmanlar imzalandı, Dövlət Dil Komissiyası yaradıldı, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi, dövlət dili haqqında Qanun qəbul olundu. Bütün bunlar Ulu Öndərin Ana dilimizə olan qayğısının və onun inkişafına verdiyi töhfənin göstəricilərdir”, - deyə Milli Məclisin deputatı bildirib.

“Dövlətimizin dil siyasətini Prezident İlham Əliyev daim diqqətdə saxlayır, dilimizin yüksək səviyyədə qorunması və inkişaf etdirilməsi qayğısına qalır. Latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, milli ensiklopediyamızın hazırlanması, xarici ədəbi-bədii əsərlərin Azərbaycan dilində nəşri və digər bu istiqamətdə görülən işlər Ana dilimizin saflığının və zənginliyinin qorunmasına xidmət edir. Fəxarətlə deyə bilərik ki, bu gün 50 milyondan artıq soydaşımız sevə-sevə bu dildə danışır. Məhz Ana dilimiz müqəddəs Vətənimiz kimi, xalqımızın varlığının, birliyinin, həmrəyliyinin əsas təminatçısıdır. Əlbəttə, hər bir azərbaycanlı, ilk növbədə Ana dilimizin qayğısına qalmalı və onu qorumaq üçün əlindən gələni əsirgəməməlidir”, - deyə Səttar Möhbalıyev qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq