SƏUDİYYƏ ƏRƏBİSTANI DAHA ÇOX ZƏVVAR QƏBUL ETMƏYİ QƏRARA ALMIŞDIR
AZƏRTAC-ın Ər-Riyaddan aldığı xəbərə görə, Səudiyyə Ərəbistanı ziyarətçilərin qəbulu imkanlarını genişləndirmək niyyətindədir. Mütəxəssislərin proqnozlarına görə, bu qərar həyata keçirilərsə, indiki 4,5 milyon əvəzinə, yaxın 10 ildə Səudiyyə Ərəbistanına hər il 14 milyon adam ziyarətə gələcəkdir. Bununla əlaqədar olaraq, Səudiyyə Ərəbistanı hökuməti Məkkədəki mehmanxanaları yenidən qurmağı, habelə müasir inzibati-ticarət mərkəzi tikməyi qərara almışdır. Məkkə və Mədinədə metro və tramvay xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur.
Səudiyyə Ərəbistanının məliki Fəhd bin Əbdüləziz Al-Səudun hakimiyyətinin 22 ili ərzində dövlət müqəddəs yerlərin qorunub saxlanılmasına, abadlaşdırılmasına 27 milyard dollar xərcləmişdir. Bu pullar Məkkədə məscidlərin, yolların, yaşayış binalarının tikilməsinə, bərpasına və yenidən qurulmasına yönəldilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]