SƏUDİYYƏ ƏRƏBİSTANINDA KARİKATURALAR DƏRC ETMİŞ QƏZET BAĞLANMIŞDIR
AZƏRTAC Bi-Bi-Si-yə istinadla xəbər verir ki, “Şəms” qəzeti iki ay əvvəl tablo formatında çıxmağa başlamışdı. Naşirlərin gənclər qəzeti kimi təqdim etdiyi nəşr Səudiyyə Ərəbistanında ilk belə layihədir. Karikaturalar Səudiyyə gənclərini Danimarkaya qarşı çıxışlara səsləyən məqaləyə əlavə olaraq dərc edilmişdi. Qəzetin nümayəndələrinin sözlərinə görə, məqalədən məqsəd gəncləri Danimarkaya qarşı kampaniyaya səsləmək idi.
Lakin karikaturaların dərci hakimiyyət orqanları tərəfindən mənfi qarşılanmışdır. Krallığın Mətbuat və Mədəniyyət Nazirliyi hadisəni araşdırmağa başlamışdır. Qəzetin nəşri dayandırılmışdır. Bi-Bi-Si-nin şərhinə görə, təkcə karikaturalar deyil, qəzetdə dərc edilmiş bir sıra digər məqalələr də ölkə hökumətinin narazılığına səbəb ola bilərdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]