Səudiyyə Ərəbistanının neftayırma zavodu raket hücumuna məruz qalıb
Qahirə, 19 mart, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən neftayırma zavodu Yəmən ərazisindən atılan PUA və raket hücumuna məruz qalıb. AZƏRTAC krallığın rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, zavodun ərazisində partlayış nəticəsində baş verən yanğın söndürülüb.
Səudiyyə Ərəbistanının Enerji Nazirliyinin bəyanatında bildirilib ki, neft rezervuarlarına zərər dəyməyib və neftin nəqli davam edir. Nazirlik əlavə edib ki, mülki obyektləri və neft təsislərini hədəf alan hücumlar terror aktlarıdır. Krallıq bu əməllərin qlobal neft bazarında yaranmış sabitliyi pozmağa yönəldiyini də əlavə edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]
Fransada müdafiə sənayesi sahəsi gücləndirilir
- 11.06.2026 [11:42]
Qazaxıstanda gənə təhlükəsi: 475 nəfər tibbi yardım üçün müraciət edib
- 11.06.2026 [11:39]