SƏUDİYYƏ ƏRƏBİSTANININ XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANLI HƏMKARINI ÖLKƏSİNƏ SƏFƏRƏ DƏVƏT ETMİŞDİR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə səfir Əli Həsən Cəfər Səudiyyə Ərəbistanı ilə Azərbaycan Respublikası arasındakı münasibətlərin inkişafına və daha da dərinləşməsinə öz dövlətinin böyük əhəmiyyət verdiyini vurğulayaraq bildirmişdir ki, ölkələrimiz bu əlaqələrin genişlənməsi üçün bir çox sahələrdə geniş potensiala və böyük imkanlara malikdir.
Daha sonra səfir Əli Həsən Cəfər ölkəsindəki ictimai-siyasi vəziyyət barədə nazirə ətraflı məlumat vermiş və Krallığın xarici işlər nazirinin azərbaycanlı həmkarını Səudiyyə Ərəbistanına səfərə dəvət etmək barədə məktubunu nazir Vilayət Quliyevə təqdim etmişdir.
Nazir Vilayət Quliyev dəvətə görə təşəkkürünü bildirmiş və bu təklifi minnətdarlıqla qəbul etdiyini, Azərbaycan tərəfinin iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirdiyini və daha da inkişafına tərəfdar olduğunu vurğulamışdır.
Daha sonra nazir Vilayət Quliyev və səfir Əli Həsən Cəfər dünyada baş verən bir sıra proseslər, o cümlədən, Yaxın Şərqdəki vəziyyət barədə ətraflı fikir mübadiləsi aparmışlar.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]