Sevilyadakı həmvətənlərimiz Xocalı qətliamının tanıdılması üçün aksiya keçirib
Sevilya, 27 fevral, AZƏRTAC
İspaniyanın Sevilya şəhərində Xocalı soyqırımı ilə bağlı aksiya keçirilib.
İki gün davam edən aksiyanın ilk günündə Sevilya Universitetində Xocalı soyqırımının dəhşətlərini əks etdirən stend qurulub, tələbələrə bukletlər paylanılıb.
Növbəti gün isə Sevilyanın İspaniya meydanında şəhərdə təhsil alan və yaşayan həmvətənlərimizlə yanaşı, xarici tələbələrin də iştirak etdikləri sakit aksiya keçirilib. Aksiya zamanı yerli əhaliyə və turistlərə Azərbaycan və Xocalı soyqırımı barədə məlumatlar verilib, bukletlər paylanılıb. Hava qaraldıqdan sonra şamlar yandırılaraq şəhid olmuş insanların xatirələri yad edilib.
Aksiya İspaniyanın EFE xəbər agentliyi tərəfindən işıqlandırılıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sevilya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]