Seyşel adalarında baş verən partlayışdan sonra fövqəladə vəziyyət elan olunub
Bakı, 7 dekabr, AZƏRTAC
Seyşel Respublikasının Mae adasında paytaxt Viktoriya şəhərinin cənubunda yerləşən sənaye zonasında partlayıcı maddələr saxlanılan anbarda güclü partlayış baş verib.
AZƏRTAC “France-Presse” agentliyinə istinadla xəbər verir ki, respublika Prezidenti Vavel Ramkalavan partlayış səbəbindən adada fövqəladə vəziyyət rejimi elan edib.
Yerli hakimiyyət orqanları ada sakinlərinə ehtiyac yaranmadığı təqdirdə evlərini tərk etməməyə çağırıb, məktəblər bağlanıb.
Partlayış nəticəsində sənaye zonasına və onun ətrafına ciddi zərər dəydiyi və ölənlərin olduğu bildirilir.
Seyşel adaları adambaşına düşən ümumdaxili məhsulun həcminə görə Afrikanın ən zəngin ölkəsidir. Buna baxmayaraq, ölkə əhalisinin 40 faizi yoxsulluq şəraitində yaşayır. Adanın iqtisadiyyatının böyük hissəsi turizm və balıqçılıq əsasında formalaşır. Ümumilikdə, 115 adada yerləşən respublikada 98 minə yaxın insan yaşayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]