Səyyar Musayev: Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Şəmkirdən Bakıya piyada gəlmişəm
Bakı, 20 yanvar, AZƏRTAC
Şəhidlər xiyabanını ziyarət edən yüz minlərlə sakindən biri də Şəmkir rayonunun Sabirkənd kənd sakini Səyyar Musayevdir. O, şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Şəmkirdən Bakıya piyada yol qət edib. Yanvarın 12-də səhər saatlarında Sabirkənddən çıxaraq Şəhidlər xiyabanına qədər 410 kilometr məsafə yol gəlib.
Səyyar Musayev AZƏRTAC-a müsahibəsində deyib ki, qəhrəmanlar heç vaxt unudulmur. Xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın müstəqilliyi uğrunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi xatırlayır, gənc nəslə nümunə kimi təqdim edir. “Torpaq - uğrunda ölən varsa Vətəndir!” - deyirlər. Şəhidlər xiyabanında uyuyan igidlərimiz - ölümü ilə ölümsüzlüyə qovuşanlar bu deyimi daha parlaq şəkildə sübuta yetirdilər. Vətən anadır və onun gələcəyi naminə canını qurban verənlər ən xoşbəxt insanlardır.
“20 Yanvar Azərbaycan xalqının yaddaşına dərin hüzn və kədər günü kimi həkk olundu. Amma bu gün həm də bizim qürur günümüzdür. Bu faciə heç vaxt yaddan çıxmayacaq. Şəhidlərimizin əziz xatirəsi onları sevənlərin qəlbində həmişə yaşayacaq”, - deyə Səyyar Musayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]
Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur
- 12.06.2026 [20:22]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [20:01]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [20:00]
Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb
- 12.06.2026 [19:16]