Si Cinpin: Çin dostluğun davam etməsini istəyən Amerika xalqına ümid bəsləyir
Bakı, 16 iyun, AZƏRTAC
Çin dostluğun davam etməsini istəyən Amerika xalqına ümidvardır, Pekin-Vaşinqton münasibətlərinin əsasında insanlar dayanır.
AZƏRTAC Çin Mərkəzi Televiziyasına istinadla xəbər verir ki, ÇXR sədri Si Cinpin bu fikri Microsoft kompaniyasının qurucusu Bill Qeytslə görüşündə söyləyib.
“Siz bu il Pekində qarşıladığım ilk amerikalı dostumuzsunuz. Çinlə ABŞ arasında münasibətlərin əsasını insanlar təşkil edir. Ümidimizi amerikalılara bağlamışıq və iki xalq arasında dostluğun davam edəcəyinə ümid bəsləyirik”, - deyə Çin lideri vurğulayıb.
Si Cinpin, həmçinin bütün dünyada yoxsulluğun azaldılması, səhiyyə, tərəqqi, ictimai rifah və xeyriyyəçiliklə bağlı səylərinə görə Bill Qeytsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Çin ilk növbədə öz problemlərinin həllinə diqqət yetirir və 1,4 milyard insanın yaşadığı ölkədə uzunmüddətli sabitliyin, davamlı inkişafın qorunması bütün dünyada sülhün, sabitliyin və rifahın təmin olunmasına mühüm töhfədir.
“Biz yoxsulluqla mübarizədə nailiyyətlərimizi möhkəmlətməli, kənd rayonlarının dirçəlməsinə nail olmalı və kəndlərdə səhiyyənin səviyyəsini daima yüksəltməliyik”, - deyə ÇXR sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]