SİÇOVULLAR MEŞƏLƏRİN AXIRINA ÇIXMIŞLAR
Pasxa adasında heç vaxt yırtıcı heyvan yaşamadığına görə siçovulların təbii düşmənləri də olmayıbdır. Tədqiqatlara görə, burada 1200-cü ildən 1300-cü ilədək siçovulların sayı 20 milyon olmuşdur. XIV yüzilliyin əvvəllərində artım kəskin surətdə azalaraq, bir milyona enmişdir ki, bu da meşələrin yoxa çıxması dövrünə təsadüf edir.
Pasxa adasında əhalinin yox olmasına və onun səhralaşmasına dair ənənəvi nəzəriyyədə deyilir ki, ada sakinləri çox ağır heykəlləri təpələrin zirvəsinə qaldırmaq üçün meşələri kütləvi surətdə qırırdılar. Bu isə torpağın eroziyasına və əkinçiliyin süqutuna gətirib çıxarmışdır. XVII əsrin ortalarında adada qəbilələrarası toqquşmalar başlanmış və bu, getdikcə güclənərək, kütləvi yamyamlıq (kannibalizm) təzahürləri ilə əsil müharibəyə çevrilmişdir.
Lakin Hant hesab edir ki, onların tapdıqları sübutlar ənənəvi nəzəriyyəni şübhə altına alır. Məsələn, kül çöküntülərinin tədqiqi göstərmişdir ki, adada meşələrin əksər hissəsi polineziyalılar buraya gəlməzdən əvvəl yox olmuşdur. Tapılmış cənazə qalıqları və yaşayış məskənlərində qazıntılar da sübut edir ki, adada müharibə getmişdir.
O ki qaldı, yerli əhaliyə, onların qırılmasının günahı avropalıların üzərinə düşür. XVIII əsrdə adaya gələn Hollandiya tacirləri yerli sakinləri xəstəliklərə yoluxdurmuş, sonralar isə polineziyalıları əsir tutaraq, kölə kimi satmışlar.