Şiddətli yağışlar Çinin Siçuan vilayətinə 100 milyon dollardan çox ziyan vurub
Pekin, 1 iyul, AZƏRTAC
Bir neçə gündür davam edən şiddətli yağışlar Çinin cənub-qərbindəki Siçuan vilayətinə 738 milyon yuan (təxminən 105 milyon ABŞ dolları) ziyan vurub.
AZƏRTAC vilayət hökumətinə istinadla xəbər verir ki, leysanın törətdiyi fəsadlar, o cümlədən sel, daşqın, torpaq sürüşməsi və palçıq axını onlarla evi, inzibati binanı, digər infrastruktur tikililərini dağıdıb, əkin sahələrinə, istehsal və mədənçilik təsərrüfatlarına ciddi ziyan vurub. Fəsadlar nəticəsində 14 nəfər ölüb, 8 nəfər itkin düşüb, 6 minə yaxın sakin təxliyə edilib.
Qeyd edək ki, mayın son günlərindən başlayaraq Çində mövsüm yağışları ciddi fəsadlar törədib. Bir neçə çayda və su anbarında suyun səviyyəsi təhlükəli həddə çatıb. Ölkə rəhbərliyi təbii fəlakət baş verən yerlərdə ilk növbədə əhalinin qorunması və xilası ilə bağlı tapşırıq verib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]