SIĞINACAQ AXTARAN ŞƏXSLƏRİN PROBLEMİ MÜZAKİRƏ OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Avropa Bürosunun direktoru Raymond Hollun, BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Boqdan Nahaylonun, Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Ədliyyə nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Dövlətqaçqınkomun nümayəndələrinin iştirak etdiyi dəyirmi masanı Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açaraq iştirakçılara Raymond Holla görüşü barədə məlumat vermişdir.
Sonra daxili işlər nazirinin müavini Oruc Zalov, milli təhlükəsizlik nazirinin müavini Tofiq Babayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Asif Cəbrayılov sığınacaq tapmaq üçün İraqdan, Əfqanıstandan, Fələstindən, Rusiya Federasiyasından Azərbaycana gəlmiş şəxslər barədə məlumat vermiş, onların qeydiyyatı, yerləşdirilməsi üçüncü ölkəyə göndərilməsi ilə bağlı problemlərdən söz açmışlar.
Raymond Holl problemlə bağlı Avropa ölkələrinin təcrübəsindən danışmış, bu sahədə Azərbaycan hökumətinə kömək etməyə hazır olduqlarını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:24]
Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO
- 02.10.2026 [19:15]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]