SIĞORTA MÜQAVİLƏLƏRİNDƏN 18 MİLYARD MANATDAN ÇOX VƏSAİT TOPLANMIŞDIR
Dövlət Sığorta Kommersiya Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, ötən il sığorta müqavilələri üzrə 18 milyard 647 milyon 379 min manat vəsait toplanmışdır. Həmin məbləğin böyük bir hissəsi - 12 milyard manata yaxını nəqliyyat vasitələrinin, deputatların, məhkəmə-hüquq orqanları işçilərinin, hərbi qulluqçuların həyatının icbari sığortası ilə bağlı müqavilələrin payına düşür. Könüllü sığortadan 6 milyard manatdan çox, əhalinin əmlakının - tikililərin, nəqliyyat vasitələrinin, mal-qara və ev avadanlığının sığortasından 1 milyard 114 manatdan artıq vəsait daxil olmuşdur. Kənd təsərrüfatı ilə bağlı sığorta müqavilələrindən toplanan məbləğ yuxarıda sadalananlarla müqayisədə cüzi olmuşdur - 113 milyon 576 min manat.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:20]
Əhalinin gəlirləri 10 faizədək artıb
- 10.08.2026 [15:54]
Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb
- 10.08.2026 [15:48]
Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb
- 10.08.2026 [15:37]
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb
- 10.08.2026 [15:32]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 10.08.2026 [15:26]