Şimali Koreya növbəti dəfə ballistik raketlər buraxıb
Pekin, 18 dekabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) dekabrın 18-də Yapon dənizi istiqamətində 2 ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb. Raketlərin Şimali Koreyanın Şimali Pyonqan vilayətindəki Tonqçanq adlı ərazidən yerli vaxtla saat 11:13-də və 12:05-də buraxıldığı bildirilir.
Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı ABŞ-dan olan həmkarları ilə birgə Şimali Koreyanın nüvə-raket fəaliyyətini davamlı nəzarətdə saxladıqlarını açıqlayıb.
Qeyd edək ki, Pxenyan cari ildə 62 ballistik raket buraxılışı həyata keçirib. İndiyədək Şimali Koreya il ərzində bu qədər raket buraxmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]