Şimali Koreyada daha bir hərbi parad keçirilib
Pekin, 9 sentyabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) qurulmasının 75-ci ildönümü münasibətilə paytaxt Pxenyanda hərbi parad keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi hadisə şahidlərinə istinadla məlumat yayıb. Bildirilir ki, parad axşam saatlarında başlayıb. Hələlik paradda ölkə lideri Kim Çen Inın və başqalarının iştirakına, habelə hansı silahların nümayiş olunamasına dair məlumat yoxdur.
Qeyd edək ki, Şimali Koreyada əhəmiyyətli tarixi hadisələrin yubileylərində irimiqyaslı tədbirlərin, o cümlədən hərbi paradların təşkili ənənəsi var. Kim Çen In hakimiyyətə gəldiyi 2011-ci ildən bəri ölkədə 15 dəfə hərbi parad keçirilib. Yeni silahlar da əsasən həmin paradlarda ilk dəfə ictimaiyyətə nümayiş olunur. Son bir neçə ildir ki, paradlar adətən ya axşam saatlarında, ya da səhər erkən vaxtı təşkil olunur. Bundan əvvəlki hərbi parad 1950-1953-cü illər Koreya müharibəsinin yekununda atəşkəsin imzalanmasının 70-ci ildönümü münasibətilə iyulun 27-də keçirilib. Həmin paradı izləyənlər arasında ölkə lideri Kim Çen In ilə yanaşı, KXDR-də səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu və Çin Kommunist Partiyasının yüksək vəzifəli nümayəndəsi də olub.
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]