ŞİMALİ OSETİYA HÖKUMƏTİNİN SƏDRİ AVTOMOBİL QƏZASINA DÜŞMÜŞDÜR
İlkin məlumata görə, qəza, sürücünün maşını idarə edə bilməməsi nəticəsində baş vermişdir.
Merkulov ayağı sınmış vəziyyətdə və qapalı kəllə-beyin zədəsilə Nalçikdə xəstəxanaya qoyulmuşdur. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildirirlər.
Merkulovun mühafizəçisi hadisə yerindəcə həlak olmuşdur. Mühafizə batalyonu komandirinin müavini isə xəstəxanaya aparılarkən keçinmişdir. Sürücü xəsarət almamışdır.
Merkulov son vaxtlar Rusiyada avtomobil qəzasına düşən ikinci hökumət başçısıdır. Noyabrın axırlarında Çeçenistan Respublikası hökumətinin sədri Sergey Abramov Moskvada qəzaya düşmüşdü və indiyədək xəstəxanadadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]