SİQARET ÇƏKƏN QADINLARIN UŞAQLARININ İMMUN SİSTEMİ ZƏİF OLUR
Alimlər siqaret çəkən anaların övladlarının respirator infeksiyalara tez-tez yoluxmasını müəyyən etsələr də, bu faktı elmi cəhətdən aydınlaşdırmaq mümkün olmamışdır.
Qərbi Avstraliya Universisteti əməkdaşlarının fikrincə, nikotin dölün immun sisteminin formalaşmasında mühüm rol oynayan bir neçə reseptor zülalın sintezini poza bilir.
Alimlər anaları hamiləlik dövründə siqaret çəkən 60 çağa və siqaret çəkməyən və ya hamiləlik dövründə bu vərdişi tərgidən 62 qadının körpələri üzərində tədqiqat aparmışlar. Tədqiqatçılar uşaqların immun sistemində bir neçə ən əhəmiyyətli zülalın səviyyəsini ölçmüş və aşkar etmişlər ki, ana bətnində nikotinin təsirinə məruz qalan uşaqlarda iki maddə - interleykin-6 və şişlərin alfa-faktor nekrozu (TNF-a) çatışmır.
Alimlərin sözlərinə görə, tədqiqat anadangəlmə immun sisteminin ətraf mühitdə rast gəlinən allergenlərə qarşı müqaviməti nəzərə alınmaqla aparılmışdır. Bu sistem qazanılmış immunitet yaranana kimi uşaqları qoruyur. Siqaret çəkən anaların körpələrinin immun sistemində aşkar edilmiş çatışmazlıqlar həm anadangəlmə, həm də qazanılmış immun sisteminin formalaşmasına mənfi təsir göstərir.